Alternative content

08:08 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Valentina MATVİYENKO: “Mehriban xanım çox maraqlı həmsöhbətdir”
Valentina MATVİYENKO: “Mehriban xanım çox maraqlı həmsöhbətdir”
ANA SƏHİFƏ / SİYASƏT
00:49 19.04.2019


Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının aprelin 18-də Sankt-Peterburqda keçirilən iclası çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycana aprelin əvvəllərində səfərini məmnuniyyətlə xatırlayıb.

AZƏRTAC xəbər verir ki, V.Matviyenko səmimi qəbula və yüksək mükafata - Azərbaycanın "Dostluq” ordeninə layiq görüldüyünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşünün yüksək səviyyədə keçdiyini qeyd edərək deyib: "Mehriban xanım çox maraqlı həmsöhbətdir. Biz onunla görüşümüz zamanı xeyli söhbət etdik. Biz hörmətli Mehriban xanımın Birinci vitse-prezident kimi Rusiyaya səfərində maraqlıyıq”.

Milli Məclisin Sədri Oqtay Əsədov səmimi sözlərə görə təşəkkürünü bildirərək xanım Valentina Matviyenkonun Azərbaycan-Rusiya münasibətlərinin inkişafında rolunu yüksək qiymətləndirib. Görüşdə ikitərəfli əməkdaşlıq, parlamentlər arasında qarşılıqlı fəaliyyətlə bağlı bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov V.Matviyenkoya Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr edilmiş xüsusi medal və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Fəxri medalını təqdim edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB Parlamentlərarası Assambleyası Şurası baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Əli Hüseynli, Adil Əliyev, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Federasiya Şurasının üzvü Vladimir Cabarov, MDB PA Şurasının baş katibi Dmitri Kobitski iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM