Alternative content

23:02 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
ANA SƏHİFƏ / Səhiyyə
00:25 19.04.2019


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 18-də Moskvada "Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən aksiya İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.

Bu il də aksiyaya azərbaycanlı tələbələrlə yanaşı, Rusiya paytaxtında təhsil alan digər millətlərdən olan tələbələr qoşulub.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev jurnalistlərə bildirib ki, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu aksiya artıq 10-cu ildir ki, keçirilir. Samir Əliyev qeyd edib ki, xeyriyyə aksiyasının donorları qan verərkən həm öz sağlamlıqları barədə məlumat əldə edir, həm də qana ehtiyacı olan insanlara yardım göstərirlər.

Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Əliheydər Rəhimov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın artıq ənənə halı aldığını vurğulayaraq deyib: "İl ərzində RAGB tərəfindən bir neçə dəfə qanvermə aksiyaları təşkil olunur. Bu xeyriyyəçilik aksiyasının təşkilinə görə, Qan Mərkəzi kollektivi adından Leyla Əliyevaya təşəkkürümü bildirmək istəyirəm”.

"Qanın milliyyəti yoxdur” aksiyası təkcə Moskvada deyil, Rusiyanın başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada minlərlə gənc iştirak edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM