19 Aprel 2019 00:20
372
SİYASƏT
A- A+

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində ölkəmizdə beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı, dövlətimizin bu sahədə beynəlxalq əlaqələri daim inkişaf etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səmərəli əməkdaşlıq əlaqələrinin davamı olaraq, aprelin 17-də Moskvada "Hakimlər və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş İdarəsinin, Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Rusiya Federasiyası Baş Prokurorluğunun, Xarici İşlər Nazirliyinin və Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə IAP-ın vitse-prezidenti qismində assosiasiyanı təmsil edən baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Rusiya Federasiyası baş prokurorunun birinci müavini Aleksandr Busmanın, Avropa Şurasının İnsan Haqları və Qanunun Aliliyi Baş İdarəsinin baş direktoru Xristos Yukomolosun, GRECO-nun prezidenti Marin Mrçelanın və digər ali vəzifəli nümayəndələrin iştirak etdikləri tədbirin yüksək səviyyəli hissəsində çıxış edən Kamran Əliyev Rusiya Federasiyası Baş Prokurorluğunun Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə verdiyi töhfələrin, eləcə də Assosiasiyanın rəsmi saytının Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan rus dili versiyasının hazırda Rusiya Federasiyasının Prokurorluğu tərəfindən davam etdirilməsinin qurum tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Bununla yanaşı, Kamran Əliyev ölkəmizdə də aparılan sistemli korrupsiyaya qarşı mübarizə siyasəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş məhkəmə-hüquq islahatları barədə iştirakçılara məlumat verib, bu siyasətin mühüm hissəsini beynəlxalq tərəfdaşlarla əməkdaşlığın təşkil etdiyini vurğulayıb. Buna bariz nümunə kimi Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikasının prokurorluq orqanları arasında yüksələn xətt üzrə inkişaf edən səmərəli tərəfdaşlıq münasibətlərinin mövcud olduğu göstərilib.

Kamran Əliyev çıxışında, həmçinin təmsil etdiyi beynəlxalq qurumun maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin olunması istiqamətində fəaliyyətinin təşkili ilə bağlı ümumi məsələlərə də toxunub, iştirakçılara IAP-ın Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorlar Şəbəkəsinin (NACP) fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Rusiya Federasiyası baş prokurorunun birinci müavini Aleksandr Busman, Yunanıstan Respublikasının Ali Məhkəməsinin baş prokuroru Kseni Dimitriou-Vasilipolu və digər ölkələrin, habelə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda tədbirin proqramına uyğun olaraq dinlənilən məruzələr müzakirə edilib. Müzakirələrdə hakimlərin və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Kamran Əliyev Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunda təhsil alan azərbaycanlı tələbələrlə də görüşərək onların təhsili ilə maraqlanıb, suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video