Alternative content

01:38 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çində nəşr olunan “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub
Çində nəşr olunan “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub
ANA SƏHİFƏ / SİYASƏT
00:20 19.04.2019


Çində ingilis və Çin dillərində nəşr edilən "Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub.

AZƏRTAC xəbər verir ki, nəşrdə Azərbaycan haqqında ümumi məlumatlar, son dövrlərdə baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərinə dair ətraflı məlumat əksini tapıb.

Ölkəmizin Pekindəki səfirliyinin təqdim etdiyi materiallar əsasında nəşr edilən jurnalda Azərbaycan iqtisadiyyatının əsas sahələri, ölkənin tranzit imkanları, biznes və investisiya mühiti, ixrac imkanları, Bakının və regionların turizm potensialına dair məqalələr, həmçinin Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən mədəniyyət nümunələri olan muğam musiqisi, aşıq sənəti, tar ifaçılığı, "Yallı” rəqsi, xalçaçılıq sənəti, dolma hazırlama ənənəsi barədə, Qarabağın tarixi və mədəniyyəti haqqında məlumatlar verilib.

Fotoşəkillərlə zəngin jurnalın nüsxələri dövlət qurumlarına, ali təhsil ocaqlarına, tədqiqat mərkəzlərinə, iri şirkətlərə göndərilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM