Alternative content

22:58 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib
Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:45 18.04.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, aprelin 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Ramiz Rzayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ulu öndər Heydər Əliyevin şəhərdə ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ali Məhkəmənin sədri Sumqayıtda Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb, digər müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar şəhər sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ali Məhkəmənin sədri, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin işi ilə tanış olub. Sonra Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid məhkəmələrin sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Ali Məhkəmənin sədri məhkəmə fəaliyyətinin dövlətimizin başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verib. Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edən Ramiz Rzayev bu mühüm Fərmanın məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün "yol xəritəsi” olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulayıb, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasının vacibliyini diqqətə çatdırıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM