Alternative content

23:45 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yunanıstan Almaniyadan yeni təzminat tələb edir
Yunanıstan Almaniyadan yeni təzminat tələb edir
ANA SƏHİFƏ / DÜNYA
17:14 18.04.2019


Yunanıstan parlamenti İkinci Dünya müharibəsi dövründə vurulmuş ziyana görə Almaniyaya qarşı təzminat tələbi irəli sürmək təklifini qəbul etmişdir. Ölkə hökumətinin zəruri diplomatik və hüquqi hərəkətləri həyata keçirməsi üçün müvafiq müraciət Nazirlər Kabinetinə göndəriləcək. Bu barədə yerli KİV xəbər verir.

Deputatların əksəriyyəti qətnamənin lehinə səs vermişdir. Parlamentarlar vurğulayırlar ki, təzminat məsələsi indiyədək həll olunmayıb, Birinci və İkinci Dünya müharibələrindən dəymiş itkilərlə bağlı Yunanıstanın Almaniyaya qarşı iddiaları isə hələ də cavabsız qalır.

Bundan əvvəl təşəbbüsü Yunanıstanın Baş naziri Aleksis Sipras dəstəkləmişdir. Onun dediyinə görə, Berlindən təzminat tələb etmək Afinanın tarixi və mənəvi borcudur.

2015-ci ildə Yunanıstan faşistlərin vurduğu ziyanı 278,7 milyard avro məbləğində qiymətləndirmişdir. Berlin 1960-cı ildə Yunanıstana 115 milyon alman markası ödədiyini əsas gətirərək yeni təzminat verməkdən imtina edir.

Cari ayın əvvəllərində Polşa hökuməti bildirmişdir ki, Almaniyadan təzminat kimi azı 900 milyard dollar istəyir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM