Alternative content

22:19 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı sanksiyalar tətbiq edir
ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı sanksiyalar tətbiq edir
ANA SƏHİFƏ / DÜNYA
17:13 18.04.2019


ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirmişdir ki, Vaşinqton Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyalar tətbiq edir. O, adıçəkilən ölkələri "tiran dövlətlər üçlüyü” adlandırmışdır.

Məhdudiyyətlər Kubaya səfərlərə və pul köçürməsinə tətbiq olunur. Bir nəfər ABŞ-dan bu ölkəyə bir rüb ərzində 1000 dollardan çox pul göndərə bilməz.

Bolton həmçinin kubalı hərbçilərlə və ölkənin xüsusi xidmət orqanları ilə əlaqədə olan beş şirkətə, o cümlədən "Aerogaviota” aviaşirkərinə qarşı cərimə tədbirlərinin tətbiq olunacağını bildirmişdir. Onun dediyinə görə, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın Kuba ilə münasibətləri normallaşdırmağa yönəlmiş siyasəti Kuba rejiminin regionda zərərli ideoloji təsirinin genişlənməsinə gətirib çıxarmışdır.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi Venesuela Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etmişdir. Nazirliyin mətbuat üçün məlumatında deyilir ki, məqsəd "Maduro rejiminin bankdan dövlət aktivlərini talamaq və korrupsiyaya uğramış rejim nümayəndələrinin varlanması üçün istifadə etməsinin qarşısını almaqdır”.

Maliyyə Nazirliyi həmçinin Nikaraquanın "Banco Corporativo” bankına və Nikaraqua Prezidentinin oğlu Laureano Orteqa Murilyoya qarşı cərimə tədbirləri tətbiq etmişdir. Bolton onları müvafiq olaraq "qara kassa” və "iri korrupsioner” adlandırmışdır.

Sanksiyalar ABŞ-dakı hesabların dondurulmasını nəzərdə tutur. Amerikalılara onlarla iş qurmaq qadağan edilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM