Alternative content

11:59 23 May 2019
ONLINE XƏBƏR LENTİ
01:08 23.05.2019 Qafqazın dan ulduzu
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə Yəmən qiyamçılarının liderinin hesablarını dondurdu
Türkiyə Yəmən qiyamçılarının liderinin hesablarını dondurdu
ANA SƏHİFƏ / DÜNYA
17:12 18.04.2019


Türkiyə hökuməti Yəmənin beş vətəndaşı, o cümlədən "Ənsar Allah” (hövsilər) hərəkatının lideri Abdulmalik Hövsinin bank hesablarını və aktivlərini dondurmuşdur. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Türkiyə hökumətinin qərarında deyilir ki, Abdulmalik Hövsi "Yəməndə sülh, təhlükəsizlik və sabitlik üçün təhlükə yaradır”.

Qərar BMT Təhlükəsizlik Şurasının Yəmənə dair 2140, 2216, 2402 və 2456 nömrəli qətnamələri çərçivəsində qəbul olunmuşdur. Türkiyədə həmçinin Yəmənin 2017-ci il dekabrın 4-də hövsilər tərəfindən öldürülmüş sabiq prezidenti Əli Abdulla Salehin, onun oğlu Əhməd Əli Abdulla Salehin, hövsilərin ordusunun ikinci qruplaşmasının komandanı Abdulla Yəhya Həkimin bank hesabları və aktivləri dondurulmuşdur.

2014-cü ildən bəri Yəməndə davam edən silahlı münaqişədə bir tərəfdən "Ənsar Allah” şiə hərəkatının qiyamçıları və devrilmiş prezident Əli Abdulla Salehin tərəfdarları, digər tərəfdən Əbd Rəbbo Mənsur Hadiyə sadiq hökumət qoşunları iştirak edir. Ötən müddət ərzində hövsilər ölkənin bir sıra regionlarına, o cümlədən paytaxt Sənaya nəzarəti ələ keçirmişlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM