Alternative content

12:00 23 May 2019
ONLINE XƏBƏR LENTİ
01:08 23.05.2019 Qafqazın dan ulduzu
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
17:10 18.04.2019

Aprelin 18-də Nazirlər Kabinetində "Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Əli Əhmədov Prezident İlham Əliyevin bu il noyabrın 14-15-də "Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi haqqında Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, bu sammitin keçirilməsi məqsədilə yaradılmış Təşkilat Komitəsində dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, dini qurumların rəhbərləri və nümayəndələri təmsil olunurlar.

Baş nazirin müavini deyib ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmiz multikulturalizmin mərkəzi kimi din xadimlərinin iştiraki ilə bir sıra tədbirlərə də ev sahibliyi edib. 2010-cu ildə Azərbaycanda "Dünya dini liderlərinin I Bakı sammiti” keçirilib. Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Bakıda növbəti beynəlxalq sammitin keçirilməsi Prezident İlham Əliyev tərəfindən məqsədəuyğun sayılıb. Bu tədbirin keçirilməsi bir tərəfdən Azərbaycanda dini tolerantlığa töhfə kimi qəbul olunacaq, eyni zamanda, müxtəlif ölkələrdən dini liderlər, ayrı-ayrı dini konfessiyaların nümayəndələri bəşəriyyəti narahat edən problemlər ətrafında fikir mübadiləsi apara biləcəklər.

Sonra iclasda "Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi, fəaliyyət proqramının tərtib olunması ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM