18 Aprel 2019 16:49
505
İQTİSADİYYAT
A- A+

Yanğından zərər çəkmiş 345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb


Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmış sahibkarların mallarının ticarət mərkəzindən çıxarılması başa çatdırılıb və 345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilib, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilib. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunublar.

Bununla yanaşı, zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İndiyədək 373 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 302 zərər çəkmiş sahibkarın bank hesabına 1 milyon 836 min manat məbləğində maddi yardım köçürülüb.

Maddi yardımın ödənilməsi "Kapital Bank" və "TuranBank" vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərtilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub. Bununla da, zərər çəkmiş sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 9-dur. Belə ki, "Aqromall" ticarət mərkəzi də zərər çəkmiş sahibkarlara dəstək tədbirlərinə qoşulmaq təşəbbüsü ilə çıxış edərək, 15 min kvadratmetr ticarət sahəsində müvafiq yerlər təklif edir. Bununla da, hazırda zərər çəkmiş sahibkarlara Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 9 ticarət mərkəzində ümumi sahəsi 45 min kvadratmetrdən çox olan ticarət obyektləri təklif olunur.

Sahibkarlara maddi yardım göstərilməsi və onların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video