18 Aprel 2019 16:47
345
SİYASƏT
A- A+

Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq


Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yazdığım üçcildliyin türk dilinə tərcümə olunması və yüksək təşkilatçılıqla Ankarada Türkiyə ictimaiyyətinə çatdırılması mənim üçün çox sevindiricidir. Ümidvaram ki, kitablar yaxın zamanlarda daha çox tirajla təkrar çap olunacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında "Heydər Əliyev: Şəxsiyyət və zaman”, "Heydər Əliyev: Kremldə beş il” və "Heydər Əliyev: Qayıdış” üçcildliyinin müəllifi Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova söyləyib. Xalq yazıçısı bildirib ki, əsərlər tanınmış tərcüməçi Azad Ağaoğlu tərəfindən türk dilinə mükəmməl şəkildə tərcümə edilib və qısa zamanda Türkiyədə geniş oxucu rəğbəti qazanacaq. Üçcildlik "TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunub. Bütün bu işlərin keyfiyyətlə görülməsi Heydər Əliyev şəxsiyyətinə olan yüksək ehtiramı nümayiş etdirir. Xalq yazıçısı deyib: "Mən həmişə arzu edirdim ki, Ulu Öndərə həsr edilən bu əsərlər türk dilinə də tərcümə olunsun. Ankarada keçirilən təqdimatdakı izdiham, xüsusilə gənclərin kitaba göstərdikləri böyük maraq məndə çox dərin təəssürat yaratdı. Ümummilli lider Heydər Əliyev Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük məhəbbətlə sevilir, onun şəxsiyyətinə ehtiram göstərilir. Əminəm ki, ulu öndər Heydər Əliyevin həyat yoluna işıq salan əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video