Alternative content

03:40 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Forbes” Rusiyanın ən varlı 200 biznesmeninin reytinqini tərtib edib
“Forbes” Rusiyanın ən varlı 200 biznesmeninin reytinqini tərtib edib
ANA SƏHİFƏ / DÜNYA
14:03 18.04.2019

"Forbes” nəşri Rusiyanın ən varlı 200 biznesmeninin reytinq siyahısını tərtib edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, reytinqdə ilk yeri "Novatek” qaz şirkətinin rəhbəri və "Sibur” neft-kimya kompaniyasının səhmdarı Leonid Mixelson tutub. Onun varidatı 24 milyard dollar həcmində qiymətləndirilir.

Siyahıda ikinci yerdə NLMK poladəritmə kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin (21,3 milyard dollar), üçüncü yerdə isə "Lukoyl” neft kompaniyasının prezidenti Vahid Ələkbərov (20,7 milyard dollar) qərarlaşıb.

Reytinqdə dördüncü və beşinci yerlərin sahibləri isə müvafiq olaraq "Severstal” poladəritmə şirkətinin əsas sahibi Aleksey Mordaşov (20,5 milyard dollar) və "Novatek” kompaniyası direktorlar şurasının üzvü Gennadi Timçenkodur (20,1 milyard dollar).

"Forbes” nəşrinin məlumatına əsasən, Rusiyanın ən varlı 200 biznesmeninin ümumi varidatı 496 milyard dollar təşkil edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM