Alternative content

03:45 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təbabətdə rəqəmsal texnologiyalar: müsbət və mənfi cəhətlər
Təbabətdə rəqəmsal texnologiyalar: müsbət və mənfi cəhətlər
ANA SƏHİFƏ / Elm və texnika
13:57 18.04.2019

Bəzi ölkələrdə smartfonlar vətəndaşlara xatırladır ki, dispanserizasiyadan keçməyin və ya uşağı peyvənd etdirməyin vaxtıdır. Həkimlər vaxtında diaqnoz qoymaq və ya tibbi materiallar ehtiyatını artırmaq üçün yeni texnologiyalardan istifadə edirlər. Lakin rəqəmsal təbabətin bütün üstünlüklərinə baxmayaraq, onunla bağlı yeni problemlər də yaranır.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, Dünya Səhiyyə Təşkilatı (DST) ilk dəfə olaraq, səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasına kömək edə biləcək tövsiyələr hazırlayıb.

Bu halda təbabətin əsas prinsipi olan "ziyan vurmamalı” tələbinə ciddi riayət edilməlidir. Məsələn, ümumi məlumat bazalarının çoxları üçün əlçatan olması insanların şəxsi həyatına müdaxilə edilməsinə imkan yaradır. Hökumətlər pasiyentləri inandırmalıdırlar ki, reproduktiv sağlamlıq kimi incə məsələlər barədə məlumatlar etibarlı şəkildə qorunur.

DST-də yeni texnologiyalardan təbabətdə istifadə etmək imkanları çoxdan öyrənilir, lakin bu cür tövsiyələr ilk dəfə dərc edilib. Hələlik bu məsələnin bütün aspektləri araşdırılmayıb, ona görə də tövsiyələrin təkmilləşdirilməsi işi davam edir.

2019-cu ilin mart ayında DST-nin baş direktoru bu qurumun tərkibində rəqəmsal təbabət departamenti yaradıldığını elan edib. Yeni struktur bölməsinin vəzifəsi səhiyyə sistemində yeni texnologiyaların tətbiqi məsələsində ölkələri dəstəkləməkdir.

Dünya Səhiyyə Assambleyası 2018-ci ildə tibbi xidmətlərin əlçatan olmasının təmin edilməsinə yönəlmiş qlobal strategiya hazırlanması barədə qətnamə qəbul edib. Hökumətlər tərəfindən yekdilliklə bəyənilmiş bu strategiya 2020-ci ildə Assambleyanın sessiyasında təqdim ediləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM