18 Aprel 2019 13:08
361
SİYASƏT
A- A+

Ukraynanın dövlət agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin Prezident İlham Əliyevin uğurlu siyasəti barədə məqaləsini yayıb


AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ukraynanın dövlət informasiya agentliyi olan UKRİNFORM-da Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, onun rəhbərliyi ilə həyata keçirilən islahatlara dair məqaləsi dərc edilib.

Məqalədə Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından bəhs edilir. Qeyd olunur ki, Azərbaycan əhalisinin sayının artması Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə ölkədə iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yüksəlməsinin nəticəsidir. Son 15 il ərzində əhali 1,7 milyon nəfər artıb. Bu, onu göstərir ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur.

Müəllif daha sonra yazır: "Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır. Bütün bunlar hakimiyyətlə xalq arasında qarşılıqlı etimadın mövcudluğunu sübut edir. Qarşılıqlı inam ölkədə stabilliyin qorunmasına gətirib çıxarıb”.

Müəllif vurğulayır ki, bu günlərdə Fransanın "Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində aparılan rəy sorğusuna görə, respondentlərin 90,5 faizi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları müsbət qiymətləndirib. Bu, təsadüfi deyil. Prezident İlham Əliyev cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirir və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür. Bunun nəticəsi olaraq, ümumilikdə, üç milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Ölkədə getdikcə dərinləşən islahatlar iqtisadi və sosial sahələrin inkişafına təkan verməklə yanaşı, demoqrafik proseslərin idarə edilməsində də mühüm rol oynayır, ona birbaşa və ya dolayısı ilə öz müsbət təsirini göstərir. Son 15 ildə Azərbaycan modernləşərək fərqli idarəçilik sisteminə çevrilib. Siyasi, iqtisadi, idarəçilik sahələrində uğurlu islahatlar paralel aparılıb.

Ortada isə yeni təşəbbüslər var – böyük layihələr, sosial, iqtisadi islahatlar. Bütün bunlar göstərir ki, Azərbaycan inkişaf yolundadır, dünyada gedən ağır iqtisadi, siyasi proseslər fonunda ölkə nəinki özünü qoruya bilir, hətta bir çox dövlətlərə örnək ola biləcək nəticələrə malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video