18 Aprel 2019 13:06
1068
CƏMİYYƏT
A- A+

Qusar və Xaçmaz rayonları ərazisində sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində "Samur” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliyyətə baxış keçirilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurlarının sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər aparılıb. Ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin effektivliyinin daha da artırılması və keçid müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.

Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxslərinin məruzələri dinlənilib, müqabil ərazidə baş vermiş texniki nasazlıq səbəbindən buraxılış rejimində yaranmış sıxlıq halları ilə əlaqədar görülməli olan tədbirlər haqqında müvafiq göstərişlər verilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə "Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının hökumətləri arasında imzalanmış Sazişə uyğun olaraq, "Samur” çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin ərazisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçirilib. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qanunsuz miqrasiya və qaçaqmalçılıq məqsədilə dövlət sərhədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video