Alternative content

18:21 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Robert Koçaryanı ömürlük həbs gözləyir
Robert Koçaryanı ömürlük həbs gözləyir
ANA SƏHİFƏ / DÜNYA
13:01 18.04.2019

Ermənistanın sabiq prezidenti Robert Koçaryanı ömürlük həbs gözləyir. Qalmaqallı rüşvət cinayəti üzrə növbəti məhkəmə prosesi 6 aydan sonra keçiriləcək.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Yerevan şəhərinin Şenqavit rayon məhkəməsində iş adamı Silva Ambarçumyanın Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı 2 milyon dollar rüşvətalma iddiasının detalları ilə bağlı hazırlıq iclası keçirilib. Məhkəmədə Koçaryanın vəkillər komandasının üzvü Artyom Orbelyan bildirib ki, Silva Ambarçumyanın verdiyi ifadələr şər-böhtan xarakteri daşıyır. Onun şəxsən Koçaryanla heç bir əlaqəsi olmayıb və onlar heç vaxt görüşməyiblər. Əgər Paşinyan keçmiş rəqiblərindən qisas alırsa, o zaman nə üçün ölkənin digər rəhbər şəxslərinə qarşı ittihamlar irəli sürülmür.

Qeyd edək ki, ərəb ölkələrində biznesi olan Silva Ambarçumyan keçən ilin noyabrında Ermənistana dəvət olunaraq xüsusi istintaq komitəsində dindirilib. Sonra onun Robert Koçaryanla üzləşməsi prosesi təşkil edilib. Silva Ambarçumyan bir daha bildirib ki, Koçaryan sabiq xarici işlər naziri Vardan Oskanyının vasitəçiliyi ilə "1 mart” hadisələrindən əvvəl ondan 2 milyon dollar alıb. Əgər Robert Koçaryanın cinayət materialına bu maddə də əlavə edilərsə, o zaman onu ömürlük həbs gözləyir. Robert Koçaryanın qalmaqallı rüşvətalma hadisəsi ilə bağlı "Hraparak” qəzetində də məqalə dərc edilib. Yazıda hakim Edik Avetisyana istinadən bildirilir ki, bu cinayətlə əlaqədar bəzi şübhəli məqamlar var və Silva Ambarçumyanın bir daha Ermənistana qayıdaraq xüsusi istintaq komitəsində dindirilməlidir. Növbəti məhkəmə prosesi 6 ay sonra - sentyabrın 16-na təyin edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM