Alternative content

03:46 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan yeni dövrə qədəm qoyub
Azərbaycan yeni dövrə qədəm qoyub
ANA SƏHİFƏ / SİYASƏT
10:37 18.04.2019


Ötən il prezident seçkiləri kampaniyasının nəticələri göstərdi ki, cənab İlham Əliyev öz xalqının yüksək etimadına malikdir. Seçkidə iştirak edənlərin 86,02 faizinin öz səsini məhz İlham Əliyevə verməsi həm də onu təsdiq etdi ki, ölkə vətəndaşları Azərbaycanın yüksəlişinə və qüdrətlənməsinə aparan siyasi xətti birmənalı dəstəkləyirlər.

Prezident seçkiləri kampaniyasının gedişatı, müxtəlif rəy sorğularının nəticələri göstərdi ki, seçicilərin mütləq əksəriyyətinin seçimi İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənib. Bu seçimin səbəbləri isə ötən dövrün inkişaf yoluna istinad edirdi. Ötən 15 ilin statistikasına nəzər salsaq, qürur doğuran nailiyyətlərin qazanıldığını görərik. Ən mühüm uğurlarımızın sırasında Azərbaycanda ümumi daxili məhsul istehsalının 3,3 dəfə artmasını xüsusi qeyd etməliyik. Və elə ÜDM-in tərkib hissəsi olaraq Azərbaycanın sənaye potensialı 2,6 dəfə çoxaldı ki, bu da ölkənin keçdiyi nümunəvi inkişaf yolunun mühüm göstəricisidir. Valyuta ehtiyatlarımızın bu dövrdə 24 dəfə artaraq 45 milyard dollara çatması, iqtisadiyyata 250 milyard dollar sərmayənin yatırılması, 100 mindən çox müəssisənin yaradılması, 15 min kilometrdən sox avtomobil yolunun çəkilməsi və ya yenidən qurulması kimi diqqətəlayiq göstəricilərin hər biri keçdiyimiz şərəfli inkişaf yolunun ayrı-ayrı səhifələridir. Bu, ümumiyyətlə, analoqu olmayan yüksəliş nümunəsidir.

Azərbaycanın iqtisadi uğurları sosial sferanı əhatə edən sahələrin də yüksəlişinə yol açıb. 1,5 milyonu daimi olan 2 milyondan çox yeni iş yerinin açılması, işsizlik və yoxsulluğun 5 faiz həddinə enməsi, 3 min 200-dən çox məktəb binasının, 650-yə yaxın səhiyyə ocağının əsaslı təmiri və ya yenidən qurulması, 44 olimpiya mərkəzinin, yüzlərlə idman qurğularının inşası əslində onu göstərir ki, bu qısa dövrdə Azərbaycan bir neçə onilliyə bərabər inkişaf yolu keçib.

Ümumiyyətlə, ölkəmizin inkişaf yolundan danışmaq həm çətindir, həm asan. Çətindir ona görə ki, ötən 15 ildə ölkəmizdə qazanılan uğurların sayı həddən artıq çoxdur. Bütün bu uğurları sadalamaq üçün bizə nəinki saatlar, günlər bəs etməz. Asandır ona görə ki, hara baxsan, hara getsən, hər yerdə inkişaf və yüksəliş nümunələrini görmək mümkündür. Və bütün bu uğurlar hər bir seçkidə olduğu kimi, 2018-ci ilin seçkilərində də cənab İlham Əliyevin qələbəsini təmin etdi. Yenidən xalqın etimadına layiq görülən cənab İlham Əliyevin bir il əvvəl, aprel ayının 18-də Milli Məclisdə and içməsi ilə seçki kampaniyası rəsmən başa çatdı. Andiçmə mərasimində Prezident İlham Əliyev bundan sonra da xalqa və vətənə ləyaqətlə xidmət edəcəyini bəyan etdi: "İlk növbədə bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və vətənə ləyaqətlə xidmət edəcəyəm”.

Ötən bir ilin yekunları göstərir ki, İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Müxtəlif sahələrdə başladılan yeni islahatlar son nəticədə dövlətimizin inkişafına, sosial rifahın yüksəlməsinə xidmət edir. Bu bir ildə iqtisadi inkişafla bağlı göstəricilər əhəmiyyətli dərəcədə yüksəlib, qeyri-neft sektorunda istehsal artıb. Ən mühüm nailiyyətlərimiz sırasında qlobal layihələrin işə salınması, üçüncü peykimizin kosmosa göndərilməsi xüsusi yer tutur.

Geridə qoyduğumuz bir ilin hər bir sahə üzrə nəticəsi təsdiq edir ki, Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə yüksəliş, sabitlik və əmin-amanlıq yolunu seçiblər. Bu seçim həm də belə bir həqiqəti ortaya qoyur ki, ölkəmizin daha xoşbəxt gələcəyi mövcud siyasi kursun davamından keçir.

İlham MƏMMƏDOV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM