Alternative content

21:19 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Möhtəşəm uğurlarla zəngin il
Möhtəşəm uğurlarla zəngin il
ANA SƏHİFƏ / SİYASƏT
10:35 18.04.2019


 Ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayan 2018-ci ilin prezident seçkilərindən bir il ötdü. Bu seçki "Güclü dövlət, yüksək rifah” tezisini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən cənab İlham Əliyevə milyonların sevgisinin, dəstəyinin növbəti təzahürü oldu. Bu gün isə Prezident İlham Əliyevin andiçməsindən bir il ötür.

Son bir ilə nəzər salsaq görərik ki, bu dövrün hər ayı, hər günü mühüm hadisə ilə tarixə yazılıb. Belə ki, 11 aprel prezident seçkilərindən sonrakı növbəti ayda Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasiminin keçirilməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan xəbər verir. Həmçinin bu dəhliz ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, eləcə də zəngin təbii qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixracını təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcəkdir. Bu mühüm hadisənin ardınca iyun ayında "Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən olan TANAP-ın Türkiyənin Əskişəhər şəhərində açılış mərasimi keçirildi. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü oldu. Bu uğurların davamı olaraq ötən ilin oktyabrında SOCAR-ın həyata keçirdiyi investisiya layihələrindən olan "Star” neft emalı zavodu istifadəyə verildi. Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan "Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq uğurla fəaliyyət göstərir. Enerji sektorunda uğurlarımız davamlıdır və davam edəcəkdir.

Neft siyasətinin uğurlu nəticəsidir ki, bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır. Bu mənada son bir ilin digər mühüm addımlarından biri kimi Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş sayca dördüncü "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulunu qeyd etməliyik. 2018-ci ilin seçkilərindən bəri bölgələrə 28 səfər edən Prezident İlham Əliyev həm görülən işlərə nəzarət edir, həm də yerlərdə vətəndaşlarla görüşür, onları narahat edən problemlərin həlli istiqamətində göstərişlər verir. Bu dövrdə rayonların sosial-iqtisadi durumunun yaxşılaşdırılması, həmçinin infrastruktur layihələri ilə əlaqədar bir-birindən önəmli sərəncamlar imzalanıb. Hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da bölgələrin inkişafının prioritet olmasından xəbər verir.

Cənab Prezidentin ötən bir ildəki fəaliyyətinin ən mühüm məqamlarından biri əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən fərman və sərəncamların imzalanmasıdır. Məlum olduğu kimi, iqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirən Prezident İlham Əliyev həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını dəfələrlə bəyan edib. Bu ilin əvvəlindən əməkhaqqı və pensiyaların, təqaüdlərin, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı sərəncamların imzalanması ölkə vətəndaşlarının sosial müdafiəsinin təminatı istiqamətində aparılan siyasətin ən bariz nümunələridir.

Prezident İlham Əliyevin bu il Şamaxı, Ağsu və İsmayıllıda baş verən zəlzələnin fəsadları ilə şəxsən tanış olması, əhaliyə lazımi kömək göstərilməsi üçün aidiyyəti qurumlara tapşırıqlarını verməsi, vurulan ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı imzaladığı sərəncamlar da göstərdi ki, dövlət başçısı öz vətəndaşının yanındadır. Bu həm də ölkə rəhbərinin hər bir Azərbaycan vətəndaşının Prezidenti olmasına bariz nümunədir. Prezidentin zəlzələ bölgəsində aparılan işlərin gedişi ilə dəfələrlə maraqlanması yerli sakinlər, eləcə də ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Eyni addımlar Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın zamanı da diqqəti çəkdi. Hər zaman ölkə vətəndaşının yanında olan İlham Əliyev yanğından dərhal sonra müşavirə keçirərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi, imzaladığı sərəncamla zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrıldı.

Fransanın "Opinion Way” şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevin son bir ildəki fəaliyyəti ilə bağlı açıqladığı geniş rəy sorğusunun nəticələri göstərdi ki, xalqımız Prezident İlham Əliyevin son bir ildəki fəaliyyətini, həyata keçirdiyi islahat kursunu, ölkəmizdəki mövcud ictimai-siyasi vəziyyəti, hökumətin daxili və xarici siyasətini yüksək qiymətləndirir. Rəyi soruşulanların 80 faizdən çoxunun Azərbaycandakı möhkəm və davamlı sabitliyi Prezidentin fəaliyyətinin birbaşa nəticəsi hesab etməsi həm də sübut edir ki, ölkəmizdəki sabitliyin dayağı xalq-iqtidar birliyidir.

İqtisadi uğurları artan, maliyyə imkanları möhkəmlənən ölkəmizdə qarşıdakı dövrdə yeni islahatlar nəzərdə tutulur. Prezidentin ötən il andiçmə mərasimində qeyd etdiyi kimi, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Bunun nəticəsidir ki, artıq ölkəmizdə hər bir sahədə yeni inkişaf mərhələsi başlayır. Bu baxımdan qarşıdakı illər də mühüm nailiyyətlərlə əlamətdar olacaq.


Cavid OSMANOV,
Milli Məclisin deputatı, YAP Ağdaş rayon təşkilatının sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM