Alternative content

03:42 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları məlum olub
UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları məlum olub
ANA SƏHİFƏ / İDMAN
09:50 18.04.2019

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə daha iki vəsiqə qazanan komandaların adları məlum olub.

AZƏRTAC xəbər verir ki, qarşılaşmalardan biri Portuqaliyada, digəri isə İngiltərədə baş tutub.

Günün ən maraqlı görüşü İngiltərənin iki təmsilçisi arasında olub. "Tottenhem”ə Londonda məğlub olan (1:0) "Mançester Siti” doğma azarkeşlər önündə londonluları qəbul edib. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. "Şəhərlilər”in heyətində Rahim Sterlinq (4, 21), Bernardo Silva (11) və Serxio Aquera (59) fərqləniblər. "Tottenhem”in qollarına isə Heunq Min-Son (7, 10) və Fernando Lyorente (73) imza atıblar. Ümumi hesab bərabər (4:4) olsa da, "Tottenhem” öz meydanında top buraxmadığı üçün növbəti mərhələyə vəsiqə qazanıb.

Gecənin ikinci görüşündə İngiltərənin daha bir təmsilçisi "Liverpul” doğma azarkeşlər önündə Portuqaliyanın "Portu” komandasını qəbul edib. UEFA Çempionlar Liqasının son finalçısı "Liverpul” bir həftə öncə öz meydanında ilk matçda 2:0 hesablı qələbə qazanıb.

Portuqaliyada da üstün oyun nümayiş etdirən Mersessayd təmsilçisi rəqibinə şans verməyərək 4:1 hesablı qələbə qazanıb. "Liverpul” klubunun heyətində Sadio Mane (26), Məhəmməd Salah (65), Roberto Firmino (77) və Virjil Van Deyk (84) fərqləniblər. Portuqaliyalıların təsəlli qoluna isə 69-cu dəqiqədə Eder Militao imza atıb.

Ümumi hesaba əsasən "Liverpul” yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, qitənin ən güclü klub turniri kimi tanınan UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları məlum olub.

Növbəti mərhələdə "Ayaks” klubu "Tottenhem”lə, "Barselona” isə "Liverpul” komandası ilə üz-üzə gələcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM