18 Aprel 2019 00:51
574
SİYASƏT
A- A+

Kşiştof ŞÇERSKİ: “Azərbaycan-Polşa əlaqələri strateji xarakter daşıyır”


Polşa Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Polşa Prezidenti Kabinetinin rəhbəri, dövlət katibi Kşiştof Şçerski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə K.Şçerski iki ölkə arasında olan siyasi münasibətlərin əhəmiyyətini, bu əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. O, Polşa tərəfinin bu əlaqələrin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməmək niyyətində olduğunu bildirib. Bu xüsusda, Polşanın mərhum Prezidenti Lex Kaçinskinin dövründə ikitərəfli əlaqələrin çox yüksək səviyyədə inkişaf etdiyi yada salınıb və əlavə edilib ki, Polşa tərəfi bu münasibətlərin yenidən həmin səviyyəyə qaldırılması arzusundadır.

Nazir Elmar Məmmədyarov Polşaya səfəri zamanı keçirdiyi görüşlərdən bəhs edərək iqtisadi əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat və digər sahələrdə mövcud perspektivlərin müzakirə edildiyini bildirib. Eyni zamanda, K.Şçerskiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Nazir Polşa tərəfinə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyinə görə təşəkkür edib.

Söhbət əsnasında Polşa tərəfi bir daha Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər, həmçinin "Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri və Avropa İttifaqı tərəfindən bu proqramın inkişaf etdirilməsinə daha güclü dəstəyin göstərilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Şərqi Avropa məkanında olan vəziyyət və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video