Alternative content

16:26 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncədə alman irsinin izlərinə və memarlığına həsr edilən “Germanaijan” sərgisi açılıb
Gəncədə alman irsinin izlərinə və memarlığına həsr edilən “Germanaijan” sərgisi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
00:50 18.04.2019


Gəncədə alman irsinin izlərinə və memarlığına həsr edilən "Germanaijan” sərgisi açılıb.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və Almaniyanın ölkəmizdəki səfiri Mixail Kindsqrab Gəncə Urban Mərkəzində təşkil olunan, Azərbaycanda alman irsinin izləri və memarlığına həsr edilən "Germanaijan” sərgisində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən səfir Mixael Kindsqrab sərginin Qafqaza köçən almanların əzmkarlığını, dözümlülüyünü və yaradıcılığını özündə əks etdirdiyini deyib. "Bu sərgi alman memarlığına həsr olunub. 200 il bundan öncə Azərbaycanda alman məskənləri salınıb. Ölkənizdə məskunlaşan almanların tarixi Gəncə və ətraf bölgələrin ərazisindən başlayıb. İlk alman qəsəbələri, məntəqələri məhz burada yaranıb. Bu sərgi bizim bərabər olan keçmişimizi nümayiş etdirir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar?” - deyə səfir qeyd edib.

Bildirilib ki, "Germanaijan” memarlıq mövzusunu xüsusi diqqət mərkəzində saxlayır. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərinin əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında ətraflı məlumat verir.

Qeyd edək ki, sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində təşkil olunub. Sərgi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən, Almaniyanın Xarici İşlər Nazirliyinin "Mədəni irsin qorunması proqramı”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və "Goethe-Zentrum Bakı”nın dəstəyi ilə reallaşıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM