Alternative content

06:00 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Danışan tarix
Danışan tarix
ANA SƏHİFƏ / Mədəniyyət
00:43 18.04.2019


Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələri içərisində Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonundakı Çıraqqala da var.

Ləkit abidəsi alban memarlığının ən gözəl nümunələrindən biridir. İnşaat texnikası baxımından mütəxəssislər məbədin inşa tarixini IV-VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Bura qədim zərdüşti məbədi əsasında yaradılmışdır. Onun elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir. Buranın Albaniya hökmdarı III Mömin Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir.

Çıraqqala Şabran rayonunun mərkəzindən təqribən 20-25 kilometr aralıda, Bakı şəhərindən isə 150 kilometr aralı Çiraqqaya adlanan sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə inşa edilmiş qala-sədd sistemidir. Bura əsasən istehkam, qarovulxana məqsədilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. O, Gilgilçay səddinin baş qarovulxanası olub, buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək üçün nəzərdə tutulmuşdur.

Abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür.

Beşbarmaq Xəzərsahili keçidini bağlayan üçüncü səddir. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dənizsahili qumsallığacan uzanırdı.

Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdir. İnşaat texnikasına görə Beşbarmaq və Gilgilçay sədləri Dərbənd səddinə nisbətən qədimdir.

Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zaman-zaman gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 metr, orta eni isə 35 metrdir. Qala divarları şərqdə 6, qərbdə isə 5 yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarışıq bir çağda - monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235-ci illərdə) başa çatmışdır. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizdə batmışdır.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM