Alternative content

17:02 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarixdə ən irimiqyaslı seçkilər başa çatdı
Tarixdə ən irimiqyaslı seçkilər başa çatdı
ANA SƏHİFƏ / DÜNYA
17:12 17.04.2019


İndoneziyada Prezident, parlamentin iki palatası, habelə yerli hakimiyyət orqanları deputatlarının seçkiləri üzrə səsvermə başa çatmışdır. Bu barədə TASS agentliyi xəbər verir.

Bu, təkcə İndoneziyada deyil, həm də bütün dünyada ən irimiqyaslı seçki olmuşdur. Birbaşa səsvermə ilə təkcə dövlət başçısı deyil, həm də 16 siyasi partiyanı təmsil edən təxminən 20 min qanunverici seçilmişdir.

Ali dövlət vəzifəsinə iki namizəd var idi: hazırkı Prezident Coko Vidodo və ehtiyatda olan general Prabovo Subianto. Konstitusiyaya görə, onlarla birlikdə vitse-prezidentlər də seçilir.

Dünyada ən böyük müsəlman təşkilatlarından biri – təxminən 80 milyon üzvü olan "Nəhzə əl-üləma”nın sabiq rəhbəri, 75 yaşlı Məruf Amin ölkənin hazırkı lideri ilə siyasi ittifaqa girmişdir. Onun rəqibi ölkənin ən varlı adamlarından biri olan 49 yaşlı biznesmen Sandiaqom Unodur.

Mərkəzi Seçki Komissiyası aprelin 25-də səsvermənin rəsmi nəticələrini açıqlayacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM