17 Aprel 2019 16:49
476
DÜNYA
A- A+

Liviyada döyüşlər nəticəsində həlak olanların sayı 189 nəfərə çatıb


Liviyanın Tripoli şəhəri yaxınlığında ağır döyüşlər nəticəsində həlak olanların sayı 189 nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının Liviya bölməsi məlumat yayıb. "Liviyanın Tripoli rayonunda 189 nəfər həlak olub, 816 nəfər yaralanıb, 18 mindən çox insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb. Dünya Səhiyyə Təşkilatı və səhiyyə sahəsində tərəfdaşlarımız məcburi köçkün mərkəzlərinə göndərilən və xəstələrin müalicəsi ilə məşğul olan mobil tibbi briqadaların koordinasiyası ilə məşğuldur”, - məlumatda belə deyilir.

Bir qədər əvvəl qurumun rəsmi nümayəndəsi Tarik Yazareviç Tripoli şəhəri uğrunda gedən döyüşlərdə 174 nəfərin, o cümlədən 14 mülki şəxsin həlak olduğunu, aralarında 36 dinc sakinin olduğu 756 nəfərin isə yaralandığını bildirmişdi.

Xatırladaq ki, aprelin 4-də Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Haftar Tripoliyə hücum əməliyyatının başladığını elan edib. Paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saracın əmri ilə ona tabe olan bütün hərbi birləşmələr tam döyüş hazırlığı səviyyəsinə gətirib. Hazırda paytaxtın yaxınlığında qızğın döyüşlər gedir.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsindən və öldürülməsindən sonra Liviyada gərgin siyasi böhran yaşanır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Razılıq Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video