17 Aprel 2019 14:21
652
İQTİSADİYYAT
A- A+

SOCAR istiqrazlarının 10-cu faiz ödənişi edilib


Dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının sayca 10-cu faiz ödənişi edilib və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12 milyon 500 min dollara yüksəlib.

"SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək. Bunu müqabilində də istiqraz sahibləri əlavə 12 milyon 500 min dollar qazanmış olacaqlar (toplamda 25 milyon dollar).

Aprelin 17-də SOCAR istiqrazları üzrə bu ilin ikinci faiz ödənişi həyata keçirilib. Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüldüyü bildirilib.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır. 2019-cu ilin ilk rübündə 120-dən çox, ümumilikdə isə 1700 əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR istiqrazlarının market–meyker satış qiyməti 1046 dollara yüksəlib.

1 və 5 saylı "ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının aprelin 17-də ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşıb.

İstiqrazlar üzrə növbəti faiz ödənişi iyulun 17-də baş tutacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video