Alternative content

23:01 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Taksidə siqaret çəkənlər cərimə olunacaqlar
Taksidə siqaret çəkənlər cərimə olunacaqlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:17 17.04.2019

Ölkəmizdə ictimai yerlərdə siqaret çəkməyə yol verilmir. Qanun layihəsinə görə təhsil və tərbiyə, səhiyyə-reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri, iş yerləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, restoran, kafe və barlar daxil olmaqla ictimai-iaşə obyektləri və digər yerlərdə siqaret çəkmək qadağan edilib. Həmin ərazilərdə açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla ictimai yerlərdə siqaret çəkilməsinə icazə verilmir. Adı çəkilən yerlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunacaq.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2019-cu il aprelin 15-də imzaladığı Fərmanla "Yol Hərəkəti haqqında” Qanuna edilən dəyişikliklərdən sonra isə taksidə siqaretdən istifadə edənlərin cərimələnməsi və məsuliyyətə cəlb olunası məsələsi də öz əksini tapıb. Artıq dəyişiklik qüvvəyə minib və tətbiq olunmağa başlayır.

Taksidə siqaret çəkənlərin cərimələnməsi mexanizmi də təsdiq edilib. Yeni qanuna əsasən Daxili İşlər Nazirliyinin, yol-patrul xidmətinin əməkdaşları siqaret çəkənləri aşkarlayaraq cərimə edəcəklər.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin idarə rəisi Əziz Baqişev bu barədə məlumat verərkən deyib: "İlkin olaraq ictimai iaşə obyektlərinin sahibləri, məsul işçiləri, eləcə də icarədarları ilə izahedici söhbətlər aparılacaq, qanunvericiliyin tələbləri və polisə verilən səlahiyyətlər onlara izah olunacaq və öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun təşkil etmək məqsədilə vaxt veriləcək. Məhz həmin müddətdən sonra qanunvericiliyin tələblərini pozanlar inzibati məsuliyyətə cəlb olunacaqlar.

Taksi minik avtomobillərində də tütün çəkməyə görə cərimə nəzərdə tutulur. Həmin hallara qarşı yaxın günlərdən tədbirlər görülməyə başlanılacaq”.

Mütəxəssislər bildirirlər ki, siqaret çəkilməsi hallarının azaldılması üçün təkcə cərimələr yox, həm də ictimai qınaq səmərəli vasitədir. Siqaretin tərkibində 7 min kimyəvi maddə var, onlardan 250-si sağlamlıq üçün təhlükəli, 81-i isə birbaşa xərçəngə səbəb olur.

İnsanları siqaret çəkmək vərdişindən uzaqlaşdırmaq üçün ölkə üzrə mütəmadi maarifləndirmə işləri aparılır. Məqsəd ölkəmizdə siqaret çəkənlərin sayını 2020-ci ilə kimi 10 faizə qədər azaltmadan ibarətdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM