17 Aprel 2019 12:17
700
SİYASƏT
A- A+

Azərbaycan ilə Çin arasında texniki yardım sahəsində əməkdaşlığa dair Saziş imzalanıb


Aprelin 17-də Nazirlər Kabinetində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında texniki yardım (qrant) sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, Sazişi Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və Çinin ölkəmizdəki səfiri Vey Cinhua imzalayıblar.

Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çin arasında əməkdaşlığın inkişafından danışıb. O deyib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər zamanı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ətraflı müzakirələr aparılır. Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan da "Vahid Çin” siyasətini birmənalı şəkildə dəstəkləyir. Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və bu layihənin həyata keçirilməsində yaxından iştirak edir.

Səfir Vey Cinhua deyib ki, Çin ilə Azərbaycan yaxşı dost və yaxın tərəfdaşdır. Diplomat 2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfərini xatırladıb, bu səfər çərçivəsində hər iki ölkənin liderləri tərəfindən əməkdaşlıqla bağlı imzalanmış sənədlərin əhəmiyyətini qeyd edib. Səfir vurğulayıb ki, Azərbaycan və Çin rəhbərlərinin dəstəyi ilə ölkələrimiz arasındaki siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video