17 Aprel 2019 11:50
671
İDMAN
A- A+

“Ayaks” və “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb


Aprelin 16-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə ilk iki vəsiqə qazanan komandaların adları məlum olub.

AZƏRTAC xəbər verir ki, mərhələnin ilk oyun günündə qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunub.

Mərhələnin ən gözlənilməz hesabı İtaliyada qeydə alınıb. "Yuventus” öz meydanında "Ayaks”ı qəbul edib. Hollandiyada baş tutan görüşdə qalib müəyyənləşmədiyi üçün turinlilərə bu oyunda qolsuz heç-heçə də sərf edirdi.

İlk dəqiqələrdən hücuma atılan "qoca sinyora” 28-ci dəqiqədə hesabda önə keçib. Kriştiano Ronaldo adını tabloya yazdırıb. Fasiləyə qədər matçın 34-cü dəqiqəsində Amsterdam təmsilçisi hesaba bərabərlik gətirib. Donni van de Bik (34) fərqlənib. Fasilədən sonra oyunun 64-cü dəqiqəsində Matthijs de Ligt başla dəqiq zərbə vuraraq komandasını hesabda önə çıxarıb. Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayan "Ayaks” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Gecənin digər matçında "Barselona” öz meydanında İngiltərənin "Mançester Yunayted” komandasını qəbul edib. Doğma azarkeşlər önündə 0:1 hesabı ilə məğlub olan Ule Qunnar Sulşerin baş məşqçi olduğu "Mançester Yunayted” cavab qarşılaşmasında "Barselona”ya böyük hesabla məğlub olub - 3:0. Beləliklə, ümumi hesabla "Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Mançester Yunayted” 20 il əvvəl məhz "Nou Kamp"da Almaniya "Bavariya"sını finalda 2:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Həmin görüşdə Sulşer futbolçu qismində iştirak edib. Həmin oyunun 81-ci dəqiqəsində meydana daxil olan norveçli hücumçu 90+3-cü dəqiqədə komandasının qələbə topunu vurub.

"Barselona” isə doğma meydanda keçirdiyi 4 qarşılaşmanın heç birində "qırmızı şeytanlar”a məğlub olmayıb - 2 qələbə, 2 heç-heçə. Kataloniya təmsilçisi, həmçinin Çempionlar Liqasında "Nou Kamp”da keçirdiyi ardıcıl 30 matçda məğlubiyyətin nə olduğunu bilmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video