Alternative content

10:45 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qanınız heç zaman qaralmasın
Qanınız heç zaman qaralmasın
ANA SƏHİFƏ / Səhiyyə
00:46 17.04.2019


Laxtalanma faktorunun çatışmazlığından yaranan min dərddən birinin min bir dərmanı da var


Sağlam həyat insanın ömrünü uzadan, onun fəaliyyətini stimullaşdıran amillərdəndir. Məhz buna görə də dünyada sağlam həyat tərzi üçün bir çox beynəlxalq miqyaslı tədbirlər həyata keçirilir. Sağlamlığı əldən alan amillər müxtəlifdir, onlardan biri də irsi xəstəliklərdir.

Həyatı daim təhlükə altında saxlayan hemofiliya da belə tiplərə aiddir. O, qanda laxtalanma faktorunun çatışmazlığından yaranır. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də bu sahə ilə məşğul olan digər beynəlxalq təşkilatlar hemofiliyaya qarşı mübarizənin üsul və vasitələrini yeniləməkdə və genişləndirməkdədirlər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova bu irsi xəstəliyin yaranma səbəbləri və müalicəsi barədə ölkəmizdə son illər həyata keçirilən tədbirlərdən söz açaraq bildirdi ki, 2003-cü ildə hemofiliyalı xəstələrə dövlət dəstəyi üçün qanun layihəsi hazırlanıb. Milli Məclisin müvafiq komitəsinə təqdim olunan layihənin qəbulu üçün müzakirələr aparıldı və 2005-ci ildə qəbul edildi: "Prezident İlham Əliyev tərəfindən təsdiq edilən qanun əsasında dövlət proqramı qəbul olundu. Aparılmış tədqiqatlar göstərir ki, hemofiliya xəstəliyinə 2006-cı ildə 30 yaşa qədər olan insanlar arasında daha çox təsadüf edilir. 10 ildən artıqdır ki, bu xəstəliyin daşıyıcıları dərman preparatlarının hesabına ailə qurur, sağlam həyat tərzi keçirirlər. Rayonlardakı mərkəzi xəstəxanaların nəzdində artıq bu xəstəliklə bağlı kabinetlər fəaliyyət göstərməyə başlayıb. Bu, regional xarakterlidir. Yaxın gələcəkdə respublikanın bütün rayonlarında qan xəstəliklərinə tibbi yardımın təşkili üçün mərkəzlərin yaradılması nəzərdə tutulub. Gəncə və Şirvanda bu mərkəzlərin fəaliyyətindən sonra səhiyyə naziri sərəncam imzalayıb. Həmin sənədə əsasən, hər rayonun mərkəzi xəstəxanasında ən azı bir kabinet fəaliyyət göstərməlidir. Terapevtlər və pediatrlar qısa zamanda hemofiliya ixtisası üzrə hematoloqlar kimi təkmilləşdirilməlidirlər”.

Dərmanların alınmasına görə, Azərbaycan regionda lider ölkə hesab olunur. "Yaşlanmış” və "yenicə ayaq tutmaq istəyən” xəstələrin müalicəsində fərqlər var.

Hemofiliyaya 2006-cı ildə 30 yaşa qədər olan insanlar arasında daha çox təsadüf edilirdisə, bu gün belə xəstələrin ömürləri uzanır. Artıq son illər xəstəliyin daşıyıcılarına münasibət dəyişdiyi üçün onun müalicəsinin də əhəmiyyəti çoxalıb: "Bu xəstəliyin daşıyıcıları olan tələbələr var, universitetlərdə təhsil alırlar. Onlar bu dərman preparatlarının hesabına ailə qurur, sağlam həyat tərzi keçirirlər. Əgər həmin dərmanlar olmasa, onlar yenə də dörd divar arasından kənara çıxa və beləliklə, cəmiyyətin bir üzvünə çevrilə bilməzlər. Hər il 17 aprel Hemofiliya Günü kimi dünyada qeyd edilir. Ölkəmizdə də bu günün qeyd edilməsinə 1999-cu ildən başlanıb. Hemofiliya gününün necə və nədən təsis olunmasının tarixi və əlbəttə ki, acı səbəbləri olub. Bu xəstəlikdən əziyyət çəkən, Kanadada yaşayan imkanlı biznesmen Frenk Şnabel 1963-cü ildə qərara gəlmişdir ki, dünyada hemofiliyalı insanları bir araya gətirmək üçün Ümumdünya Hemofiliya Federasiyası yaratsın. Nəhayət, həmin federasiya yaradılır və hazırda həmin federasiyanın tərkibində 120 ölkə təmsil olunur. 2000-ci ildən Azərbaycan da Ümumdünya Hemofiliya Federasiyasının üzvüdür. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası isə ölkəmizin maraqlarını həmin beynəlxalq səhiyyə təşkilatlarında təmsil edir. Beləliklə, 1980-ci ildən, yəni Frenk Şnabelin ölümündən sonra 17 aprel tarixi onun doğum gününün şərəfinə Hemofiliya Günü kimi təsis edilib”.

Assosiasiyanın tərkibindəki xəstələrin kartotekası hazırlanıb. İlk dəfə olaraq hemofiliyalı xəstələrin məlumat bankını da məhz bu assosiasiya yaradıb. Onlar 1400 nəfərdən çoxdur. Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı internet şəbəkə qurulur, hansı ki, orada xəstələrin dəqiq məlumat bankı öz əksini tapacaq. Həmin bank birbaşa nazirliyin əlaqədar strukturuna bağlanacaq. Xəstə haqqında məlumatlar məxfi saxlansa da, Səhiyyə Nazirliyinin bundan xəbəri olur. Bu gün hemofiliyalı xəstələrin dərman preparatlarının alınmasına dövlət tərəfindən 10 milyon manat vəsait xərclənir. Bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz münasibətini bildirib: "Bu, çox vacib məsələdir. Azərbaycan ailəsi sağlam təməl üzərində qurulmalıdır. Yeni sağlam nəsil Azərbaycanın gələcəyi və genetik daşıyıcılarıdır”.

Assosiasiyanın rəhbəri daha sonra vurğuladı ki, 2004-cü ildə bu xəstəliklə mübarizədə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsinə başlanıb: "Təşkilat Türkiyəni seçmişdi. Qardaş ölkənin dünya səviyyəli mütəxəssisi professor Bülənd Zülfiqarın bizimlə sıx əməkdaşlıq əlaqələri var”.

Hazırda əsas problem bu sahə üzrə mütəxəssis çatışmazlığıdır. Həkimlərin bu istiqamətdə təkmilləşdirilməsinə daha çox ehtiyac duyulur. Xəstəliyin fəsadlarının qarşısı ilkin vaxtlarda alınmalıdır, çünki sonrakı proseslər həm də daha çox maddi vəsait tələb edir. Profilaktik müalicə aparılarsa, həm az vəsait xərclənər, həm də xəstə sağalar və cəmiyyətin yararlı bir üzvünə çevrilər ki, əsas məqsəd də budur.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM