Alternative content

17:03 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəngin arxiv materialları, hərtərəfli müqayisə, dərin təhlillər
Zəngin arxiv materialları, hərtərəfli müqayisə, dərin təhlillər
ANA SƏHİFƏ / Elm və texnika
00:38 17.04.2019


Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu vurğulayıb. Qeyd edib ki, "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyevin elmi faktlara əsaslanan bu yeni kitabı zəngin fikir və mülahizələrlə xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmaq baxımından çox dəyərli tədqiqat əsəridir. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Əsər Azərbaycan tarixinin fəlsəfəsinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Kitab tarixi əsər olduğu dərəcədə də sosial-fəlsəfi əsər kimi öyrənilməlidir. Geniş və hərtərəfli elmi-tədqiqatlar nəticəsində ərsəyə gələn bu fundamental əsər xanlıqlar dövrümüzə yeni elmi və obyektiv baxışdır.

Rektor vurğulayıb ki, akademik Ramiz Mehdiyevin yeni kitabı tarixçi alimlər üçün yol xəritəsi də sayıla bilər. Görkəmli alim bu sahənin mütəxəssislərinə çağırış edərək yazır: "Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır”.

Professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisə, dərin təhlillər əsasında yazılmış bu əsər tarixşünaslığımıza böyük töhfədir.

ADPU-nun türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Oktay Sultanov çıxışında bildirib ki, əsərin elmi, siyasi, fəlsəfi əhəmiyyəti böyükdür. Akademik Ramiz Mehdiyevin alim və vətəndaş mövqeyini əks etdirən "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı tarixşünaslığımızda hadisədir. Müəllif ilk dəfə olaraq həmin dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə təhlil edib, bir çox qaranlıq məqamlara aydınlıq gətirərək, onilliklər ərzində formalaşmış stereotipləri qırmağa çalışıb. Eyni zamanda, tarixşünaslığımızın həmin dövrlə bağlı aktual problemlərinə toxunaraq onların optimal həll yollarını göstərib.

Oktay Sultanov qeyd edib ki, sözügedən kitab Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Müəllif xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Nəşrdə təqdim edilən, müvafiq şərh və izahlarla müşayiət olunan sənədlər xanlıqlar dövrünün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan gəncliyi bu əsəri dərindən mənimsəməlidir. Çünki əsərdə xanlıqlar dövrünün hadisələri müasir dövrlə əlaqələndirilir. Bu kitabı diqqətlə oxusaq və XX əsrin 90-cı illər Azərbaycan tarixinə nəzər salsaq tarixi hadisələrin səsləşdiyinin şahidi olarıq. Ancaq xanlıqlar dövründən fərqli olaraq 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Nailə Əhmədova çıxışlarında bildiriblər ki, akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və obyektiv baxışın formalaşmasına təkan verəcək.

Qeyd edək ki, kitab həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM