“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
"Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231; 2007, № 8, maddə 746; 2010, № 3, maddə 171) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 1.0-cı maddədə "Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir” sözləri "Bu qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir” sözləri ilə əvəz edilsin;
1.2. 1.0.5-ci maddə ləğv edilsin.
1.3. Aşağıdakı məzmunda 1.0.6 - 1.0.10-cu maddələr əlavə edilsin:
"1.0.6. sosial müdafiəyə ehtiyacı olan gənclər - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək olan, əlil və sağlamlıq imkanları məhdud 18 yaşınadək olan, iş yeri və (və ya) qazancı olmayan və məcburi köçkün gənclər;
1.0.7. risk qrupunda olan gənclər - cəzaçəkmə müəssisələrindən azad edilən, zorakılığa məruz qalan, insan alverinin qurbanı olan, məcburi əməyə cəlb edilən, dini ekstremist və terror təşkilatları ilə əlaqədə olan, spirtli içkilərdən, narkotik vasitələrdən və psixotrop maddələrdən və onların prekursorlarından sui-istifadə edən, habelə İİV/QİÇS-ə və digər təhlükəli xəstəliklərə yoluxmuş gənclər;
1.0.8. gənc alim və tədqiqatçı - yaşı 35-dən çox olmayan alim və tədqiqatçı;
1.0.9. tələbə özünüidarəetməsi - təhsil, elm, sosial, mədəni və peşə hazırlığı sahələrində tələbələrin fərdi inkişafı, asudə vaxtının təşkili istiqamətində onların ictimai fəaliyyəti.
1.0.10. gənclərin könüllü fəaliyyəti - gənclərin "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyəti.”.
2. 3-cü maddə üzrə:
2.1. 3.1-ci maddəyə "sosial” sözündən sonra "və iqtisadi” sözləri əlavə edilsin;
2.2. 3.2.2-ci maddəyə "mədəni həyatında” sözlərindən sonra ", habelə idarəetmə və vətəndaş cəmiyyətinin inkişafı sahələrində” sözləri əlavə edilsin;
2.3. 3.2.4-cü maddədə "qanunvericilik” sözü "qanunla” sözü ilə əvəz edilsin;
2.4. Aşağıdakı məzmunda 3.2.5 - 3.2.7-ci maddələr əlavə edilsin:
"3.2.5. gənclərin maraq və ehtiyaclarının nəzərə alınması;
3.2.6. gənclər siyasətinin formalaşmasında, həyata keçirilməsində və qiymətləndirilməsində gənclərin iştirakının təmin edilməsi və rəyinin nəzərə alınması;
3.2.7. gənclərin təhsili və məşğulluğunun təmin edilməsi üçün şəraitin yaradılması.”.
3. 4-cü maddə üzrə:
3.1. 4.0.4-cü maddədə "sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə” sözləri "sahibkarlıq təşəbbüslərinin ("start-up”) dəstəklənməsi, dövlətin gənclər siyasətində və dövlət proqramlarında nəzərdə tutulmuş əsas istiqamətlərə dair biliklərə” sözləri ilə əvəz edilsin;
3.2. 4.0.5-ci maddəyə "informasiya təminatının” sözlərindən sonra "və maarifləndirmənin” sözləri əlavə edilsin;
3.3. 4.0.10-cu maddədə "yaradılması” sözü " fəaliyyətinin dəstəklənməsi” sözləri ilə əvəz edilsin;
3.4. 4.0.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
"4.0.11. gənclər siyasəti sahəsində kadrların hazırlanmasının, o cümlədən gənclərlə işin təhlili, planlaşdırılması, təşkili və qiymətləndirilməsi üzrə mütəxəssislərin hazırlanmasının və əlavə təhsilinin təmin olunması, bu məqsədlə mütəmadi təlimlərin təşkili;”;
3.5. 4.0.12-ci maddəyə "inkişafına” sözündən sonra ", yüksək nailiyyətlər əldə etmiş gənclərin təbliğinə” sözləri əlavə edilsin;
3.6. Aşağıdakı məzmunda 4.0.14-4.0.21-ci maddələr əlavə edilsin:
"4.0.14. aztəminatlı gənc ailələrin sosial müdafiəsi;
4.0.15. gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi;
4.0.16. gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin həyata keçirilməsi;
4.0.17. sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;
4.0.18. gənclər arasında könüllülük fəaliyyətinin təşviqi;
4.0.19. gənclər arasında hər növ ekstremizmin və radikalizmin qarşısının alınması;
4.0.20. gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması;
4.0.21. gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədi ilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi.”.
4. 5-ci maddə üzrə:
4.1. 5.3-cü maddəyə "digər " sözündən sonra "zərərli vərdişlərə olan” sözləri əlavə edilsin;
4.2. 5.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Gənclərin ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə sosial-psixoloji, hüquqi və informasiya yardımının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada "Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır.”;
4.3. Aşağıdakı məzmunda 5.6-5.9-cu və 6-1-ci maddələr əlavə edilsin:
"5.6. Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan "Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupunda olan gənclərə, ilk növbədə, aşağıdakı xidmətlər göstərilir:
5.6.1. risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi;
5.6.2. risk qrupunda olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi;
5.6.3. risk qrupunda olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi;
5.6.4. cəzaçəkmə müəssisələrindən azad edilmiş sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə kömək göstərilməsi;
5.6.5. "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi;
5.6.6. risk qrupunda olan gənclərin sosial müdafiəsi və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.
5.7. 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə aşağıdakılara yol verilmir:
5.7.1. onlara tütün məmulatlarının, spirtli və energetik içkilərin satışına;
5.7.2. onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına;
5.7.3. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinə.
5.8. Müvafiq icra hakimiyyəti orqanları 1
8 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsini, onların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək məqsədi ilə "təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edirlər.
5.9. Müvafiq icra hakimiyyəti orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, sosial media vasitəsilə gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi, tolerantlığın və multikulturalizmin təbliği məqsədi ilə dövlət rəmzləri, ölkə və dünya tarixi, mədəniyyəti, tarixi şəxsiyyətlər, Milli qəhrəmanlar haqqında elmi-populyar verilişlər hazırlayırlar və maarifləndirici layihə və proqramlar həyata keçirirlər.”.
"Maddə 6-1. Sosial müdafiəyə ehtiyacı olan və risk qrupunda olan gənclər
Dövlət sosial müdafiəyə ehtiyacı olan gənclərin yaradıcılıq potensialının inkişafı, iş yeri və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün imkanlar yaradır, sosial dəstəyin müvafiq modellərini tətbiq edir, habelə risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirir.”.
5. 7-ci maddə üzrə:
5.1. 7.1-ci maddədə "asudə vaxtın təşkili” sözləri "fiziki və reproduktiv sağlamlığın təmin edilməsi” sözləri ilə əvəz edilsin;
5.2. 7.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"7.2. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət təhsil müəssisələrində təhsil alan gənclərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilir. Müvafiq icra hakimiyyəti orqanları təhsili müəssisələrində əyani təhsil alan gənclərin təhsil müəssisələrinin vəsaiti hesabına hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər.”;
5.3. Aşağıdakı redaksiyada 7.3-1-ci və 7.6-cı maddələr əlavə edilsin:
"7.3-1. Gənclər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir.”.
"7.5. Müvafiq icra hakimiyyəti orqanları gənclər arasında ailə planlaşdırılmasına dair biliklərin artırılması, habelə narkomaniya, toksikomaniya, alkoqolizm və digər ağır xəstəliklərin profilaktikası, azaldılması və aradan qaldırılması üçün tədbirlər həyata keçirirlər.”.
6. 8.1-ci maddə üzrə:
6.1. birinci hissədə " ,əmək birjaları, peşə hazırlığı, yenidən hazırlanma və ixtisasartırma kurslarının” sözləri "və aktiv məşğulluq tədbirlərinin” sözləri ilə əvəz edilsin;
6.2. ikinci hissədə "ödənişli” sözü "haqqı ödənilən” sözləri ilə əvəz edilsin;
6.3. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparır.”.
7. 8.2-ci maddə üzrə:
7.1. "Ordudan tərxis olunmuş, həmçinin özəlləşdirilən müəssisə və təşkilatlardan azad olunmuş gənclərin yeni peşələrə yiyələnməsi, ixtisaslarının artırılması” sözləri "Hərbi xidmətdən tərxis olunmuş, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, həmçinin özündən asılı olmayan səbəblərə görə iş yerini itirmiş gənclərin əlavə təhsil alması” sözləri ilə əvəz edilsin;
7.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti orqanı gənclərin məşğulluğunun təmin edilməsi məqsədi ilə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onların kvota üzrə işlə təmin edilməsi üçün tədbirlər görür.”;
7.3. 8.4-cü maddədə "güzəştli kreditlərlə” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaiti hesabına güzəştli kreditlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilsin.
8. 9-cu maddə üzrə:
8.1. 9.1-ci maddədə "qanunvericiliklə müəyyən edilən güzəştli ipoteka kreditləri və ssudalar” sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada güzəştli ipoteka kreditləri və güzəştli mənzil” sözləri ilə əvəz edilsin;
8.2. Aşağıdakı məzmunda 9.3-cü maddə əlavə edilsin:
"9.3. gənclər arasında, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.”.
9. Aşağıdakı məzmunda 9-1-ci maddə əlavə edilsin:
"Maddə 9-1. Gənclər təşkilatları
9-1.1. Gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi və həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədi ilə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 16 yaşından 35 yaşınadək olan fiziki şəxslər və (və ya) bu Qanuna uyğun olaraq yaradılan gənclər təşkilatları tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.
9-1.2. Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.
9-1.3. Gənclər təşkilatlarına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi, o cümlədən bu Qanunun 9-1.2-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatma ilə əlaqədar onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.
9-1.4. Bu Qanunun 9-1.2-ci maddəsinin tələbləri bu Qanun qüvvəyə minənədək yaradılmış gənclər təşkilatlarının təsisçilərinə şamil edilmir.”.
10. 10.2-ci maddənin ikinci cümləsində "icra hakimiyyəti orqanının” sözlərindən sonra "və ya bu Qanunun 4.0.10-cu maddəsində nəzərdə tutulan Gənclər Fondunun” sözləri əlavə edilsin.
11. 13.1-ci maddədə "5 il” sözləri "10 il” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2019-cu il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
28 Mart
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib...
28 Mart
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mart
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
28 Mart
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mart
FTX terror aktının təşkilində şübhəli bilinən ukraynalını saxlayıb
28 Mart
BMT “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc edib
28 Mart
ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək
28 Mart
Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib
28 Mart
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!