Alternative content

10:07 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndi Azərbaycan dünyada təkcə neft-qaz ixrac edən ölkə kimi tanınmır
İndi Azərbaycan dünyada təkcə neft-qaz ixrac edən ölkə kimi tanınmır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:25 17.04.2019


Ölkə iqtisadiyyatı şaxələndikcə qeyri-neft sektoru üzrə yaranan istehsal sahələrinin sayı artır, Azərbaycan brendinin nüfuzu güclənir, ölkənin ixrac imkanları genişlənir. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası sayəsində müasir texnologiya və qabaqcıl təcrübəyə əsaslanan sənayeləşmənin tempi yüksəlir, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənir və yeniləri yaradılır.

Bu gün müdafiə sənayemiz ordumuzu müasir silahlarla təchiz etməklə yanaşı, xarici bazarlara çıxış əldə edir. Dünya standartları səviyyəsində qurulan gəmiqayırma, bərk məişət tullantılarının yandırılması zavodları, sənaye və yüksək texnologiyalar parkları, sənaye məhəllələri qeyri-neft sektorunun inkişafını sürətləndirir. Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yaradılmış "Azərxalça” ASC-nin artıq 30-dan çox müəssisəsi fəaliyyət göstərir. Bütün bu addımlar həm də idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldır, ixrac potensialını artırır.

Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiya və güzəştli kreditlər sisteminin tətbiqi, Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması kənd təsərrüfatında inqilabi yeniliklərə nail olmağa imkan yaratmışdır. İnnovativ meyarlara uyğun müasir aqroparkların qurulması, ənənəvi sahələrin, o cümlədən pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrusçuluğun dirçəldilməsi də bu sahənin inkişafında mühüm rol oynamışdır.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) təşkilatçılığı ilə keçirilən ixrac missiyaları isə "Made in Azerbaijan” brendinin tanınmasına xidmət edir. Bu missiyalar xarici ölkələrdə Azərbaycan brendinin bütün çalarları ilə təqdim edilməsində vacib rol oynayır.

Növbəti ixrac missiyası Latviyanın paytaxtı Riqada təşkil olunmuşdur. Tədbirdə şərab və digər spirtli içkilərin, qida və toxuculuq məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti iştirak etmişdir. Hər iki tərəfdən 100-ə yaxın sahibkarın iştirak etdiyi görüşdə "Made in Azerbaijan” brendinin təşviqi istiqamətində məlumatlar verilmiş, Azərbaycan məhsullarının Latviyaya ixracının genişləndirilməsi müzakirə olunmuş, ölkəmizin Latviyadakı Ticarət Evində görüşlər keçirilmiş, ticarət şəbəkələrinə səfərlər təşkil edilmişdir.

İxrac üzrə ötənilki nəticələrə nəzər salaq: 2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyon ABŞ dolları təşkil etmişdir. 2017-ci illə müqayisədə ötən il qeyri-neft sektoru üzrə ixrac 151 milyon dollar və ya 10 faiz artmışdır. Keçən il Rusiyaya 619,2 milyon, Türkiyəyə 344,9 milyon, İsveçrəyə 135,4 milyon, Gürcüstana 124,5 milyon və Qazaxıstana 44,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. 2017-ci illə müqayisədə Rusiyaya qeyri-neft məhsullarının ixracı 12, Türkiyəyə 18, İsveçrəyə 1, Qazaxıstana 36 faiz artmışdır. Bütünlükdə ötən il meyvə-tərəvəz ixracının dəyəri 560 milyon, plastmas və onlardan hazırlanan məmulatların - 118,6 milyon, alüminium və ondan hazırlanan məmulatların - 112,2 milyon, elektrik enerjisinin - 65,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların - 86,2 milyon, pambıq lifi - 80,5 milyon, kimya sənayesi məhsullarının - 78,1 milyon, pambıq ipliyi ixracının dəyəri isə 24 milyon dollar olmuşdur. 2017-ci illə müqayisədə keçən il pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29, pambıq ipliyinin ixracı 49, plastmas və onlardan hazırlanan məmulatların ixracı 17, meyvə-tərəvəzin ixracı 11, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4 faiz çoxalmışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2019-cu ilin mart ayı üçün hazırladığı hesabatda göstərilir ki, bu ilin ilk iki ayı ərzində ölkə üzrə ixracın dəyəri 3,2 milyard, o cümlədən qeyri-neft sektoru üzrə 282 milyon dollar təşkil etmişdir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral ayları ərzində qeyri-neft məhsullarının ixracı 16,5 faiz artmışdır. Bu dövrdə Rusiyaya 82 milyon, Türkiyəyə 63,6 milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon, İrana 8,5 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft məhsullarının ixracı 21, Gürcüstana 13 faiz və İrana 2,1 dəfə artmışdır.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM