Alternative content

23:50 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV KİV-in iri idman tədbirlərində fəaliyyəti necə olmalıdır
KİV-in iri idman tədbirlərində fəaliyyəti necə olmalıdır
ANA SƏHİFƏ / İDMAN
00:23 17.04.2019


Dünən "Sputnik Azərbaycan”ın Multimedia Mətbuat Mərkəzində KİV təmsilçiləri üçün "SputnikPro” tədris layihəsinin "KİV-in iri idman tədbirlərində fəaliyyəti” mövzusunda ustad dərsi keçirilmişdir.

Bunun üçün tanınmış rusiyalı jurnalist və idman şərhçisi, "Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin icraçı direktoru Vasili Konov ölkəmizə dəvət almışdır. 2017-ci ilin ən yaxşı idman jurnalisti kimi "Qızıl mikrofon”a layiq görülmüş V.Konov 2014-cü ildə Soçidə keçirilmiş Olimpiya və Papalimpiya Qış Oyunlarında, habelə 2013-cü ildə Kazanda baş tutmuş Ümumdünya Yay Universiadasında fəaliyyətinə görə Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif edilmişdir.

"Sputnik Azərbaycan” İnformasiya Agentliyinin rəhbəri Əziz Əliyev tədbirdə çıxış edərək son 5 il ərzində Azərbaycanda xeyli sayda ən yüksək səviyyəli idman tədbirlərinin keçirildiyini jurnalistlərin nəzərinə çatdırmışdır. "Bu müddətdə Bakıda I Avropa Oyunları təşkil olunmuşdur. Hər il "Formula-1” yarışları keçirilir, iri idman yarışlarının təşkili davam edir. Bu cür mötəbər yarışların keçirilməsinin, habelə onların işıqlandırılmasının əhəmiyyətini yaxşı dərk edirik”.

Ə.Əliyev qeyd etmişdir ki, bu cür ustad dərslərinin keçirilməsi ölkə KİV nümayəndələri üçün faydalı ola bilər.

Ustad dərsini açan Vasili Konov bildirmişdir ki, təkcə jurnalist idmançıları üzdən tanımalı deyil, idmançı da jurnalisti tanımalı, ona etibar etməlidir. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarını təxminən 300 müxbir işıqlandırmışdır. Oyunlara hazırlıq dövrü ərzində jurnalistlər işıqlandıracaqları idman növlərini xırdalıqlarınadək öyrənmişdilər və olimpiada başlayarkən onlar, demək olar ki, məşqçilər qədər biliyə malik idilər.

Mühazirəçinin dediyinə görə, hər bir KİV nümayəndəsinin olimpiya oyunları və "Formula-1” yarışları kimi idman tədbirlərini canlı izləmək imkanı yoxdur. Buna görə agentliyin funksiyalarına təkcə oxucular üçün deyil, həmkarlarına da informasiya ötürmək vəzifələri daxildir.

V.Konovun dediyinə görə, mötəbər yarışlar zamanı jurnalistlər sözün əsl mənasında yarışların keçirilməsi məkanında yaşayırlar.

Ustad dərsindən sonra rusiyalı qonaq jurnalistlərin suallarını cavablandırmışdır.

"SputnikPro” Beynəlxalq İnformasiya Agentliyinin və "Sputnik” radiosunun jurnalistlər, tələbələr, mətbuat xidmətlərinin əməkdaşları və media sferasının digər mütəxəssisləri üçün nəzərdə tutulan layihədir. O, əcnəbi həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafına istiqamətlənmişdir. Layihənin mövcudluğu dövründə 80-dən çox ölkənin nümayəndələri orada müxtəlif formatlarda iştirak etmişlər.

İndiyədək Türkiyə, Yunanıstan, Hindistan, Estoniya, Gürcüstan və digər ölkələrdə keçirilmiş "SputnikPro”nun ustad dərsləri Azərbaycanda beşinci dəfədir təşkil olunur.

Rizvan CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM