Alternative content

08:47 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 4-cü “Barama İnkubasiya Proqramı” üzrə qalib layihələr bəlli olub
4-cü “Barama İnkubasiya Proqramı” üzrə qalib layihələr bəlli olub
ANA SƏHİFƏ / ELANLAR
00:20 17.04.2019


"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirmək və uğurlu karyera qurmaq istəyən gənclər üçün elan etdiyi 4-cü İnkubasiya Proqramının seçimləri başa çatıb.

Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 13 startapdan yüksək bal toplayan 6-sı proqramda iştirak etmək haqqı qazanıb. Seçimlərdən uğurla keçən komandaların rəhbərləri Fuad Gülməmmədov, Tuncay Hüseynov, İsa Zeynal, Məhəmməd Kekalov, Tural Zəkəryazadə və əcnəbi rezident olan Javier Chau Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə ediblər.

Məlumat üçün bildirək ki, İnkubasiya Proqramına seçim prosesi 2 mərhələdən ibarət olub. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr mərkəz tərəfindən dəyərləndirilib və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunub. İkinci mərhələdə komandalar öz layihələrini biznes planı və təqdimat formasında nümayiş etdiriblər.

Onu da qeyd edək ki, 6 aylıq inkubasiya proqramının sonunda ən uğurlu startapın təklif etdiyi məhsul və ya xidmət korporativ müştəri olaraq "Azercell”ə təqdim olunacaq.

İnkubasiya proqramında informasiya texnologiyaları, virtual oyunlar, media, səhiyyə texnologiyaları (MedTech), əşyaların interneti (IoT), maliyyə texnologiyaları (FinTech), kənd təsərrüfatında innovativ həllər (AgTech), virtual reallıq (VR), artırılmış reallıq (AR), süni zəka (AI), bulud hesablamaları və biznes həlləri sahələrinə üstünlük verilib.

"Azercell” və "PAŞA Bank”ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək, rezident startapları 6 ay ərzində ödənişsiz ofis məkanı, konsultasiya xidmətləri, təlim proqramları ilə təmin edir, onlara peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı yaradır.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM