16 Aprel 2019 18:18
413
CƏMİYYƏT
A- A+

Peşə hazırlığı ilə əlaqədar hər il təxminən 4 minə yaxın gənc kurslara cəlb edilir


Peşə hazırlığı ilə əlaqədar hər il təxminən 4 minə yaxın gənci kurslara cəlb edirik. Ötən il 130 minə yaxın gəncə peşə xidməti məsləhəti verilib və onların əmək bazarına daxil olması üçün kömək göstərilib. Bu il də təxminən həmin sayda gəncin əmək bazarına daxil olması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün "Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən dördüncü təlim kursunun başlanılması ilə bağlı jurnalistlərə müsahibəsində deyib.

Təlim kursu Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində keçirilir.

Anar Əliyev gənclərin məşğulluğu ilə əlaqədar görülən tədbirlər barədə danışaraq deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial inkişaf və əhalinin sosial müdafiəsi ilə əlaqədar ciddi islahatlar paketi həyata keçirilir. Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə gənclərin məşğulluğu ilə əlaqədar xüsusi təlim kursu da həmin silsilədən olan növbəti bir tədbirdir. Ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və gənclərin məşğulluğu ilə əlaqədar ardıcıl tədbirlər görülür. Həmin tədbirlər yeni iş yerlərinin yaradılması, gənclərin biznes ideyalarının və özünüməşğulluğunun təmin edilməsi, Dövlət Məşğulluq Xidməti tərəfindən müasir dünyada rəqabətədavamlı təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə keçirilir, peşə hazırlığı kursları təşkil edilir və gənclər həmin kurslara cəlb olunur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video