16 Aprel 2019 17:14
446
SİYASƏT
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş


Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı tərəfindən muxtar respublikada həyata keçirilən layihələrin uğurlu olduğunu bildirib. 2019-cu ilin Naxçıvanda "Ailə təsərrüfatları ili” elan olunduğunu və muxtar respublikada mindən artıq ailə təsərrüfatının fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri bu sahənin inkişafı ilə bağlı görülən işləri diqqətə çatdırıb, "Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” tədbirini də ailə təsərrüfatlarına dəstək xarakteri daşıdığını qeyd edib.

Ali Məclisin Sədri tədbirin təşəbbüskarlarına təşəkkür edib və əməkdaşlığın davam etdirilməsinin məmnunluqla qarşılandığını bildirib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib, ötən il Naxçıvanda "Avropa şəhərciyi”nin açılışını məmnunluqla xatırladıb. Naxçıvanda keçirilən "Kətə” festivalında iştirak edəcəklərini bildirən və bunu yüksək dəyərləndirən qonaq muxtar respublikada ailə təsərrüfatlarının inkişafını, festivalı və keçirəcəkləri tədbiri qadınların cəmiyyətdəki yerinin müəyyənləşdirilməsi işinə töhfə verdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti təmsil etdiyi təşkilatla muxtar respublika arasındakı əlaqələrə diqqəti çəkib, mövcud əməkdaşlıq imkanlarını dəyərləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video