16 Aprel 2019 16:20
523
SİYASƏT
A- A+

Azərbaycan ilə Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib


Moskvada Xantı-Mansiysk Muxtar Dairəsinin (Yuqra diyarı) qubernatoru Natalya Komarova ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında işgüzar görüş olub.

AZƏRTAC Yuqra İctimai və Xarici əlaqələr departamentinə istinadla xəbər verir ki, görüşdə tərəflər iqtisadi, mədəni, elm və təhsil sahələrində Regionlararası əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Qeyd edilib ki, 2018-ci ildə Moskvadakı Tverskaya meydanında "Azərbaycanın payız nemətləri” festivalı keçirilib. Rusiya paytaxtının 70 mindən çox sakini və qonaqları bu festivalda Azərbaycanın mədəniyyəti, ənənələri, xalq rəqsləri və əlbəttə, milli mətbəxi ilə tanış olublar.

Bununla əlaqədar Natalya Komarova Azərbaycandan olan qonaqları, respublika regionlarının rəhbərlərini, müvafiq idarələrin başçılarını BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Şimali Afrika) və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrinin iştirakı ilə iyunun 10-11-də Xantı-Mansiyskdə keçiriləcək "Yuqra diyarının malları” adlı sərgi-foruma və beynəlxalq informasiya-kommunikasiya forumuna dəvət edib.

Qeyd edək ki, keçən il Xantı-Mansiysk Muxtar Dairəsində "Neftin yolu” mediaekspedisiyası” adlı beynəlxalq layihəyə start verilib. Bu layihənin məqsədi Yuqrada və Azərbaycanda neft yataqlarının mənimsənilməsi tarixi barədə mediakontent yaradılması üçün neft profilli ali məktəblərin tələbələrini və gənc müəllimlərini birləşdirməkdir. Nəzərdə tutulur ki, ekspedisiyanın iştirakçıları Xantı-Mansiysk Muxtar Dairəsində, Tatarıstanda, Başqırdıstanda və Azərbaycanda neft yataqlarına baş çəkəcəklər. Bundan əlavə, Rusiyanın və Azərbaycanın neft profilli ali məktəblərinin əməkdaşlığı haqqında Bəyannamə imzalanması nəzərdə tutulur. Mediaekspedisiyanın sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fərman Salmanovun xatirə lövhəsi vurulacaq, Rusiya yataqlarından çıxarılmış neft nümunələri kolleksiyası bu ali məktəbə təqdim ediləcək.

Səfir Polad Bülbüloğlu vurğulayıb ki, mediaekspedisiyanın formatı bu cür layihələrin həyata keçirilməsi üçün son dərəcə maraqlıdır.

Görüş başa çatanda səfirə "Neftin yolu” mediaekspedisiyası”nın gələcək iştirakçıları adından rəmzi idman köynəyi hədiyyə edilib. Köynəyin üzərində Fərman Salmanovun tarixi teleqramının mətni yazılıb: "Mən nefti tapdım. Bax belə. Salmanov”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video