Alternative content

18:08 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:24 16.04.2019

Cari ilin yanvar-mart aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 3 ayda 11,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 22,9 faizi emal sektorunda istehsal olunub.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, içkilərin istehsalı 78,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 72,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3 faiz, mebel istehsalı 58,7 faiz, əczaçılıq məhsullarının istehsalı 44 faiz, kağız və karton istehsalı 34,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, tikinti materiallarının istehsalı 8,5 faiz, tütün məmulatlarının istehsalı 7,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5 faiz, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 faiz artıb. Metallurgiya sənayesi məhsullarının istehsalı 13,9 faiz, elektrik avadanlıqlarının istehsalı 15 faiz, hazır metal məmulatlarının istehsalı 22,6 faiz, geyim istehsalı 28,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 36 faiz azalıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM