Alternative content

22:04 16 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalqdan dəstək alan siyasət
Xalqdan dəstək alan siyasət
ANA SƏHİFƏ / SİYASƏT
00:48 16.04.2019


"Opinion Way” şirkətinin sorğusu bir daha göstərdi ki, İlham Əliyev vətəndaşların yüksək etimadına malikdir


Fransanın "Opinion Way” şirkətinin ötən ay Azərbaycanda apardığı rəy sorğusu ölkədə həyata keçirilən siyasi kursun xalq tərəfindən dəstəkləndiyinin növbəti təsdiqi oldu. Eyni zamanda sorğunun nəticələri onu göstərdi ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində qazanılan nailiyyətləri yüksək qiymətləndirirlər.


16 ilin uğurları


Planetimizin son 16 illik mənzərəsi ürəkaçan deyil. Yeni münaqişə ocaqlarının yaranması, miqrant probleminin meydana çıxması, iqtisadi böhranlar, ayrı-ayrı qütblərdə dayanan dövlətlər arasında müharibə riskinin artması ötən illərin reallıqlarıdır. Azərbaycan da dünya birliyinin fəal üzvü kimi bu və ya digər proseslərin iştirakçısıdır. Lakin bu 16 ildə ölkəmizin keçdiyi yol tamamilə fərqlidir. Belə ki, bu dövrdə yürüdülən düşünülmüş və qətiyyətli siyasətin nəticəsi olaraq Azərbaycan özünün milli mənafelərini, dövlətçilik maraqlarını layiqincə qorumağı bacarıb. Ölkəmiz müstəqil siyasəti nəticəsində bütün beynəlxalq siyasi avantüralardan uzaq durub, hansısa dövlətə qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Elə buna görə də ötən 16 il Azərbaycan üçün dinamik inkişaf, beynəlxalq imicinin yüksəlməsi, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi dövrü kimi xarakterizə olunur.

İndiyədək ölkəmizdə keçirilmiş bütün sosioloji sorğuların nəticələri də məhz bu cür mühüm göstəricilərə əsaslanıb. Qazanılan uğurlara istinad edən vətəndaşlar elə buna görə də mövcud siyasi kursa alternativ görmədiklərini bildiriblər.

Prezident İlham Əliyevin yeni müddətə prezidentlik səlahiyyəti dövrünün birinci ilinin yekunları fonunda özünü təsdiq edən reallıq ondan ibarətdir ki, Azərbaycan öz yolu ilə inamla addımlayır.

Möhkəm təmələ, düşünülmüş dərin siyasətə əsaslanan yüksəliş yolu Azərbaycanı günbəgün inkişafa, tərəqqiyə, modernləşməyə aparır. Ötən bir ildə respublikamızın inkişaf strategiyasını müasir dövrün çağırışlarına uyğun daha da zənginləşdirən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib. Bu bir ildə Azərbaycanın sosial və iqtisadi inkişaf göstəricilərini artırması, enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi mövqelərini gücləndirməsi, müstəqil xarici siyasət kursu yürütməsi, Ermənistanla sülh danışıqlarında özünün üstün mövqeyini daha da möhkəmləndirməsi ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır.


Dünyanın ən sabit ölkələrindən biri


Təbii ki, inkişafı, dövlətin beynəlxalq imicini şərtləndirən bir çox amillər mövcuddur. Bunların sırasında siyasi-ictimai sabitlik olduqca mühüm əhəmiyyət kəsb edir. Qeyri-sabitlik səbəbindən bir sıra dövlətlərdəki ağır vəziyyət göz önündədir. Daxili çəkişmələr, miqrant probleminin dərinləşməsi, terrorçu qrupların fəaliyyətinin artması qeyri-sabitliyin göstəriciləridir.

Azərbaycanda vaxtilə ulu öndər Heydər Əliyevin təmin etdiyi sabitlik getdikcə daha da möhkəmlənib və sarsılmaz olub. Son 16 ildə ölkəmizdə qazanılan uğurların əsas səbəblərindən biri kimi məhz bütün sahələrdə təmin olunan sabitikdir. Elə buna görə də ölkə vətəndaşları "Opinion Way” şirkətinin sorğusunda ölkəmizdəki sabitliyi yüksək qiymətləndiriblər. Belə ki, sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub.


İnkişaf göstəriciləri ilə zəngin il


Məhz qazanılan uğurların nəticəsidir ki, sorğunun "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Son bir ildə isə uğurlarımız sözün əsl mənasında möhtəşəmdir. Ötən bir il Prezident İlham Əliyevin gələcəyə, perspektivdə ölkəmizin inkişafına hesablanmış iqtisadi kursunun nə qədər düzgün və milli maraqlarımıza layiqincə xidmət etdiyini təsdiqləyən nümunələrlə zəngindir. Bu dövrdə Azərbaycanın müstəqil enerji siyasətinin növbəti təntənəsi olan tarixi hadisələr baş verdi. "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi ilə respublikamız beynəlxalq enerji təhlükəsizliyi məsələlərində öz mövqelərini bir qədər də möhkəmləndirdi. Türkiyədə "Star” zavodunun tikintisinin başa çatdırılması da Azərbaycanın qlobal uğuru kimi tarixə düşdü.

Bu gün Azərbaycan həm də müxtəlif fəaliyyət növlərini kosmosdan idarə edən dövlətlərdən biridir. İndi ölkəmizin orbitdə müxtəlif funksiyalar daşıyan üç peyki var ki, onlardan sonuncusu ötən bir ildə fəzaya buraxılıb.

Respondentlərin ötən bir ilin mühüm uğuru olaraq qiymətləndirdikləri başqa bir göstərici islahatların yeni mərhələsinin başlanmasıdır. Bu dəfə islahatlar idarəçilikdən başlasa da, daha sonra sosial sferada atılan addımlarla davam etdi. Ona görə "Opinion Way”in "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini "tam bəyəndiyini” bildirib.

Hər bir sorğunun nəticəsi reallığa, görülən işlərə və ortada olan nəticələrə əsaslanır. Bu baxımdan Fransanın "Opinion Way” şirkətinin mart ayında keçirdiyi sorğu ölkəmizlə bağlı həqiqətlərə yeni baxış oldu. Sorğunun nəticələri ilk növbədə ölkə vətəndaşlarının Prezident İlham Əliyevə və onun yürütdüyü siyasətə etimadının təsdiqi kimi tarixə düşdü. İkinci tərəfdən isə nəticələr göstərdi ki, Azərbaycan öz inkişaf yolu ilə inamla irəliləyən və qarşıya qoyduğu hədəflərə layiqincə çatmağı bacaran dövlətdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM