Alternative content

21:58 16 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi İlbər Ortaylının mühazirəsi olub
Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi İlbər Ortaylının mühazirəsi olub
ANA SƏHİFƏ / Elm və texnika
00:24 16.04.2019


Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi, professor İlbər Ortaylının "Qafqaz tarixi” mövzusunda mühazirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, professor İlbər Ortaylı Avropa qitəsinin mühüm regionu olan Qafqaz ərazisində qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, eləcə də müxtəlif dövrlərdə əraziyə pənah gətirmiş, köçürülmüş tayfalar, etnik qruplar haqqında məlumat verib, eramızdan əvvəl mövcud olmuş Urartu dövlətinə dair erməni iddialarına qarşı tutarlı faktlarını diqqətə çatdırıb.

Mühazirəçi qeyd edib ki, istər Azərbaycan, istər Türkiyə ərazisində müxtəlif vaxtlarda həm sığınacaq axtaran xalqlar, həm də işğalçı dövlətlərin ərazisindən gələn xalqların nümayəndələri məskunlaşıb. Təsadüfi deyil ki, müasir dövrdə də hər iki dövlət qaçqın qəbul edir. İstər Azərbaycan, istərsə də Türkiyə ərazisində özəlliyini qoruyub saxlamış etnik qruplara rast gəlmək mümkündür. Ermənilər isə Qafqaza əsasən XVIII-XIX əsrlərdə köçürülüb.

Tarixçi alim çoxmillətli Qafqazda oğuz türkcəsinin geniş yayıldığını bildirib, əlifbanın bir neçə dəfə dəyişməsi məsələsinə aydınlıq gətirib, Mirzə Fətəli Axundzadənin əlifba islahatı layihəsini, türk dilinə məxsus səslərin ərəb qrafikası ilə yazmağın mümkünsüzlüyünü qeyd edib. O, Mahmud Kaşğarinin "Divani lüğət-it-türk” əsərinin türklərin qədim dili, tarixi və mədəniyyəti haqqında məlumat verən dəyərli mənbə olduğunu söyləyib.

Türkiyəli professor Qafqazın müsəlmanlaşması məsələsinə aydınlıq gətirərkən, türklərə İslam dininin qılınc gücünə qəbul etdirilməsi barədə fikirlərin yanlış olduğunu, insanların bu dini zaman-zaman könüllü qəbul etdiklərini bildirib.

"Qafqaz bizim üçün bir tarixdir”, - deyən tarixçi alim Qafqazda səlcuqlar hakimiyyətini, XIX əsrdə Rusiya işğalına - 1828-ci il Türkmənçay müqaviləsinə qədər Azərbaycan dövlətlərinin hakimiyyətinin olduğunu, bu gün isə Qafqazda Azərbaycan Respublikasının mövqeyini vurğulayıb.

"Dünyada eyni dili danışanlar eyni yerdə yaşamasalar da mənən, ruhən birdir”, - deyən professor İlbər Ortaylı ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında "Bir millət, iki dövlət” müdrik kəlamını xatırladıb.

Qeyd edilib ki, Nizami Gəncəvi farsca yazsa da, türk idi. İranda yaşayan Məmmədhüseyn Şəhriyarın Azərbaycan dilində yazdığı "Heydərbabaya salam” poeması onun mənən xalqına bağlılığını, onunla həmrəyliyini göstərir. Biz bir mədəniyyətik. Bu mədəniyyətin içində rənglər var, əsasında isə türklərin tarixi dayanır.

Mühazirəni Türkiyənin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, tələbələr, ictimaiyyət nümayəndələri dinləyiblər.

Türkiyəli professor tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

İlbər Ortaylı 1947-ci ildə anadan olub. Ankara Universitetinin siyasi biliklər fakültəsini və dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 1979-cu ildə dosent, 1989-cu ildə isə professor olub. Vyana, Berlin, Paris, Prinston, Moskva, Roma, Sofiya, Kembric, Oksford və Tunis universitetlərində dərs deyib, seminarlar aparıb. Türkiyənin bir sıra televiziya kanallarında müxtəlif proqramlar hazırlayıb.

2005-2012-ci illərdə Topqapı Saray Muzeyinin rəhbəri olub. Bir çox elmi məqalələrin müəllifidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM