Alternative content

11:11 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu il Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək
Bu il Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:20 16.04.2019


Əhalinin siyahıyaalınmasından əldə olunan demoqrafik göstəricilər ölkənin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır. Demoqrafik göstəricilərə aid proqnoz məlumatlarından sosial-iqtisadi inkişafla əlaqədar gələcək planların qurulması zamanı istifadə olunur.

Proqnoz məlumatların hesablanması üçün əsas məlumat mənbələri əhalinin siyahıyaalınması, demoqrafik hadisələrin cari qeydiyyatı və əhalinin mexaniki hərəkətidir. Etibarlı proqnoz məlumatlarının əldə olunması üçün sosial-iqtisadi vəziyyətin kompleks qiymətləndirilməsi və fərziyyələrin əsaslandırılması da mühüm əhəmiyyət kəsb edir.

BMT-nin Avropa Statistikləri Konfransının əhalinin və mənzil fondunun siyahıyaalınması üzrə tövsiyələrində ölkələrdə bu tədbirin səmərəli şəkildə həyata keçirilməsi üçün müvafiq qanunvericilik aktları ilə dəstəklənməsinin vacibliyi qeyd olunub.

Bu il oktyabrın 1-10-da ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulub. Bununla bağlı Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də fərman imzalayıb. Fərmana uyğun olaraq siyahıyaalma ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunların işlənməsi, nəticələrin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Komitənin Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev bildirir ki, əhalinin siyahıyaalınması müəyyən bir zaman kəsiyində ölkədə əhalinin faktiki vəziyyətini görməyə, dəyişiklikləri təhlil etməyə və proqnoz verməyə imkan yaradır. Əhalinin siyahıyaalınmasının əhəmiyyəti əhalinin hətta kiçik bir məskunlaşma yerində olsa belə həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməyə imkan verir. Məsələn, yalnız siyahıyaalma məlumatlarına əsasən əhalinin təhsil səviyyəsinə, yaşayış üçün əsas gəlir mənbəyinə dair məlumatları əldə etmək olar. Ayrılıqda şəhər və qəsəbələr, bütövlükdə ölkə üzrə ailələrin sayını, onların tərkibini, yaşayış üçün gəlir mənbələrini və ev təsərrüfatlarının mənzil şəraitini öyrənmək mümkündür.

Əhalinin siyahıyaalınmasının dəyəri siyahıyaalmanın yekunları əsasında əldə olunacaq dolğun və müfəssəl məlumatlarla müəyyən edilir. Əhalinin siyahıyaalınmasının nəticələri əhali sayının cari hesablanmasında əldə edilə bilməyən demoqrafik hadisələri əks etdirir. Buna qeydə alınmayan nikahlar da daxildir. Qeyri-rəsmi nikahda olanlar haqqında məlumatların əldə edilməsi yalnız siyahıyaalınmada mümkündür.

Xatırladaq ki, Azərbaycan əhalisinin demoqrafik vəziyyəti haqqında məlumatların əldə edilməsi ilk dəfə çar Rusiyası dövründə - 1897-ci il Birinci Ümumrusiya siyahıyaalmasının keçirilməsi nəticəsində mümkün olub. SSRİ dövründə isə Azərbaycan əhalisinin siyahıyaalınmaları 1926, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə aparılıb. Bu il keçiriləcək siyahıyaalınma müstəqillik dövründə sayca üçüncü olacaq.

2019-cu ildə əhalinin siyahıyaalınması milli səviyyədə demoqrafik və sosial-iqtisadi inkişafa dair proqnozların hazırlanması ilə yanaşı, beynəlxalq tövsiyələr və milli prioritetlər əsasında ölkədə əhalinin son siyahıyaalınmasından ötən dövrdə əhali haqqında dəqiq və müfəssəl məlumatların əldə edilməsinə imkan yaradacaq. Eləcə də dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn hədəflərin qiymətləndirilməsində mühüm rol oynayacaq.

Siyahıyaalınmadan əldə ediləcək statistik məlumatlar Azərbaycanın gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi olacaq.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM