Alternative content

18:31 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb
Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb
ANA SƏHİFƏ / DÜNYA
21:21 15.04.2019

"IDC” analitik şirkəti fərdi kompüterlər bazarında aparılan tədqiqatın nəticələrini açıqlayıb. Cari ilin birinci rübünün yekunları üzrə lider tədarük həcmi 13,58 milyon qurğu təşkil edən ABŞ-ın "HP Inc.” şirkəti olub. Bu, bazarın ümumi həcminin 23,2 faizinə bərabərdir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ikinci yerdə əvvəlki iki rüb ərzində lider olan "Lenovo” şirkəti qərarlaşıb. 13,427 milyon qurğu tədarük edən Çin istehsalçısı bazarda 23 faiz paya sahib çıxıb. Üçüncü pillədə 10,379 milyon qurğu və 17,7 faiz bazar payı ilə ABŞ-ın "Dell Technologies” şirkəti yer alıb. Dördüncü mövqedə qərarlaşan "Apple” şirkəti isə 4,058 milyon qurğu və 6,9 faiz payla ilk liderlər üçlüyündən xeyli geri qalıb.

Liderlər beşliyini 3,588 milyon qurğu və 6,1 faiz tədarük payı ilə Tayvanın "Acer Group” şirkəti tamamlayıb. İlk beş aparıcı istehsalçının dünya fərdi kompüterlər bazarında ümumi payı isə 75 faiz təşkil edir.

Qeyd olunur ki, 2019-cu ilin birinci rübündə dünyada 58,484 milyon fərdi kompüter istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 3 faiz azdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM