Alternative content

11:08 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:17 15.04.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün "yol xəritəsi” olub. Fərmanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə çoxsaylı mütərəqqi tədbirlərlə yanaşı, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması barədə konkret tapşırıq və tövsiyələr müəyyənləşdirilib.

Eyni zamanda, Fərmanda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün Məhkəmə-Hüquq Şurasında "qaynar xətt”in yaradılması məsələsi qoyulub.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar həmin məsələlər üzrə Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə zəruri avadanlıqla təchiz edilmiş "Qaynar xətt” əlaqə mərkəzi yaradılıb və ilkin olaraq (012) 310-22-77 nömrəli telefon xətti ilə fəaliyyətə başlayıb. "Qaynar xətt” əlaqə mərkəzinə bütün iş günlərində iş vaxtı ərzində müraciət etmək mümkün olacaq.

"Qaynar xətt" əlaqə mərkəzinə daxil olan və icraata götürülən aidiyyəti müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması təmin ediləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM