15 Aprel 2019 21:12
382
İQTİSADİYYAT
A- A+

Azərbaycan Gömrük Xidməti və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib


Aprelin 15-də Dövlət Gömrük Komitəsi və ABŞ-ın Ədliyyə Departamenti Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndə heyətləri arasında görüş keçirilib.

Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş Bakıda başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində baş tutub. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycan və ABŞ arasında uzun illərə söykənən mövcud strateji əməkdaşlığa toxunub, bu əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Azərbaycanın aidiyyəti qurumlarının Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransın işində daim fəal iştirak etdiklərini vurğulayan komitə sədri 36-cı konfransın ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əlavə imkanlar yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində ciddi islahatlar aparıldığını diqqətə çatdıran S.Mehdiyev bu islahatların korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması ilə yanaşı, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında da ciddi dönüş yaratdığını vurğulayıb.

İstər fiskal siyasətin həyata keçirilməsi, istər narkotik vasitələrin qaçaqmalçılığının qarşısının alınması istiqamətində Azərbaycan gömrük orqanlarının mühüm nailiyyətlər əldə etdiyini bildirən komitə sədri beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin gömrük hüquqpozmalarına qarşı mübarizədə mühüm rol oynayacağına əminliyini ifadə edib.

ABŞ Narkotiklərlə Mübarizə Administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon konfransın yüksək səviyyədə təşkil edilməsində göstərilən dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə təşəkkürünü bildirib. Ölkələrimiz arasındakı əlaqələrdən, eyni zamanda, Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqdan məmnunluqla bəhs edən U.Dillon Bakı konfransının beynəlxalq əməkdaşlığın gücləndirilməsində və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video