15 Aprel 2019 20:12
1231
DÜNYA
A- A+

İsrailli alimlər dünyada ilk dəfə 3D printerində canlı ürək çap ediblər


Təl-Əviv Universitetindən olan alimlər dünyada ilk dəfə insan toxumalarından 3D formatında canlı ürək çap ediblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu gün Təl-Əviv Universitetinin laboratoriya rəhbəri Tal Dvir pasiyentdən götürülmüş insan toxumaları ilə birlikdə 3D printerindən istifadə edilməklə döyünən canlı ürəyin çap olunması prosesini təqdim edib.

Ali təhsil müəssisəsinin mətbuat xidmətinin məlumatına əsasən, orqanın funksionallığını yoxlamaq üçün eksperiment çərçivəsində heyvanlara köçürüləcək onlarla ürək "çap olunub”. Ürəyin ölçüsü təxminən 2,5 santimetrə yaxın – təxminən dovşan ürəyi böyüklükdədir. Printer bir ürəyi təqribən 3 saat 30 dəqiqəyə çap edib.

Alimlərin iddiasına görə, tədqiqat pasiyentlərin daha orqan köçürülməsini gözləməyəcəyi gələcəyin tibbinə yol açacaq. Yaxın 10 ildə insan toxumaları və hüceyrələrinin köməyi ilə hər bir pasiyent üçün istənilən orqanı yaratmaq mümkün olacaq.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video