Alternative content

18:30 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Liviyada döyüşlər zamanı 147 nəfər həlak olub
Liviyada döyüşlər zamanı 147 nəfər həlak olub
ANA SƏHİFƏ / DÜNYA
17:07 15.04.2019


Liviyada son döyüşlər zamanı ölənlərin sayı 147 nəfərə çatmış, 614 nəfər yaralanmışdır. Bu barədə Dünya Səhiyyə Təşkilatının yerli bölməsi məlumat vermişdir.

Aprelin 4-də Liviya Milli Ordusunun (LMO) marşalı Xəlifə Həftər Trablisi "terrorçulardan azad etmək məqsədilə” qoşunlarına paytaxta hücum etmək əmri vermişdi. Ordu bölmələri paytaxtın cənubunda yerşləşən Qəryan və Surman şəhərlərini ələ keçirmişdir. Bundan əlavə, LMO-nun hərbi təyyarələri Trablisin yaxınlığında yerləşən Mitiqa aeroportunu vurmuşdur. Nəticədə hava limanında bütün reyslər təxirə salınmışdır.

Aprelin 7-də Faiz Sərracın Milli Barışıq Hökumətinin silahlı qüvvələri LMO-ya qarşı "Qəzəb vulkanı” şərti adı altında hərbi əməliyyata başlamışdır.

Xatırladaq ki, 2011-ci ildə Müəmmər Qəzzafi devrilib qətlə yetirildikdən sonra Liviyada siyasi böhran başlamışdır. Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür. BMT yazda Liviyada ümumxalq seçkiləri keçirməyi təklif edir. Seçkilərin nəticələrinə görə ölkədə legitim hakimiyyət orqanları formalaşdırılmalıdır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM