15 Aprel 2019 17:06
313
DÜNYA
A- A+

Finlandiyada parlament seçkilərində sosial-demokratlar qalib gəldi

Finlandiya tarixində ilk dəfə parlament seçkilərində heç bir partiya 20 faiz səs toplamamışdır. Müxalifətçi Sosial-Demokrat Partiyası qalib gəlmişdir. Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat vermişdir.

Məlumatda deyilir ki, bütün səslər sayıldıqdan sonra Sosial-Demokrat Partiyası 17,7 faiz səs, yaxud parlamentdə 40 yer, "Əsil finlər” 17,5 faiz səs, yaxud parlamentdə 39 yer, Koalision Partiya 17 faiz səs, yaxud parlamentdə 38 yer, hakim "Finlandiya mərkəzi” partiyası 13,8 faiz səs, yaxud parlamentdə 38 yer, "Yaşıl İttifaq” 11,5 faiz səs, yaxud parlamentdə 20 yer, qalan siyasi partiyalar 10 faizdən az səs əldə etmişdir.

Parlamentə seçkilərin rəsmi nəticələri aprelin 17-də açıqlanacaq. Bundan sonra partiya liderləri qanunvericilik orqanında hökumət koalisiyası çoxluğunu formalaşdırmaq üçün danışıqlara başlayacaq, Baş nazir və Kabinetin üzvləri təyin olunacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video