Alternative content

11:11 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İŞİD-in Filippindəki lideri öldürüldü
İŞİD-in Filippindəki lideri öldürüldü
ANA SƏHİFƏ / DÜNYA
17:06 15.04.2019


Filippində İŞİD terrorçu təşkilatının yerli bölməsinin – "Maute” ekstremist qruplaşması liderinin ölməsi faktı təsdiqlənmişdir. Bu barədə "South China Morning Post” qəzeti xəbər verir.

Filippinin müdafiə naziri Delfin Lirenzana bildirmişdir ki, bir neçə ay davam etmiş hərbi əməliyyatdan sonra "İŞİD-in qondarma lideri ölmüşdür”. Onun dediyinə görə, qruplaşmanın üzvləri komandirsiz qalmış, onların qalıqları səpələnmişdir.

Qeyd olunur ki, Əbu Dar kimi tanınan Benito Marohombsarın ölümü DNT ekspertizası nəticəsində təsdiqlənmişdir. Taberan şəhərində məhv edilmiş İŞİD liderinin ölməsi faktını analizdən sonra amerikalı mütəxəssislər də təsdiq etmişlər.

Əbu Dar İŞİD-in iki il öncə öldürülmüş Cənub-Şərqi Asiyadakı "əmir”i İsnilon Hapilonun varisi hesab olunurdu. Döyüş 2017-ci ilin mayında, ekstremistlər şəhəri ələ keçirdikdən sonra başlamış və beş ay davam etmişdir. Bu müddətdə 1100 nəfərdən çox adam, o cümlədən 900-dən çox ekstremist, 160 əsgər və polis əməkdaşı həlak olmuşdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM