15 Aprel 2019 17:06
434
DÜNYA
A- A+

ABŞ-da qasırğa səkkiz nəfərin həyatına son qoydu


ABŞ-ın cənub ştatlarında güclü qasırğa nəticəsində azı 8 nəfər həlak olmuşdur. Bu barədə "USA Today” qəzeti xəbər verir.

Məlumata görə, qasırğa əsasən Texas, Luiziana, Missisipi və Alabama ştatlarını vurmuşdur.

Texasdakı şəhərlərin birində azı 25 nəfər zərər çəkmiş, onlardan 8-i ağır xəsarətlər almışdır. Missisipi ştatında azı 19 nəfər yaralanmışdır. Bir neçə adam hazırda itkin düşmüş hesab olunur. Bundan əlavə, 100 min yaşayış və kommersiya binası işıqsız qalmışdır.

Bu arada Çikaqonun beynəlxalq hava limanlarında 1100-dən çox reys ləğv edilmişdir. Buna səbəb ştatda tüğyan edən qar fırtınasıdır. O’Xara aeroportunda 978 reys, Miduey hava limanında 148 reys təxirə salınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video