15 Aprel 2019 17:02
347
DÜNYA
A- A+

Ermənistanda etiraz aksiyası zamanı silahlı qarşıdurma olub


Ermənistanın Armavir vilayətinin Zartonk kəndinin sakinləri sosial problemlər səbəbindən etiraz aksiyası keçiriblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, narazı kütlə icra başçısının istefası tələbi ilə kənddən keçən Yerevan-Gümrü dəmir yolunu bağlayıblar. Aksiya iştirakçıları bildiriblər ki, bir il bundan əvvəl inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanda bütün problemlərin həll ediləcəyəni demişdi. Lakin bundan əvvəlki dövrlərdə olduğu kimi, bu gün də insanlar sosial problemlərdən əziyyət çəkirlər. Ötən bir il müddətində Paşinyan və komandası problemlərin həlli istiqamətində ciddi addımlar atmayıb.

Aksiya zamanı kəndlilər arasında atışma baş verib. Bir sakin ov tüfəngindən atəş açaraq digər iki ermənini yaralayıb. Daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video